• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul” – Salah danışıqları dalana dirənib

Dünya futbolu

18-03-2022, 18:0

Məhəmməd Salah bu gün çoxlarının arzuladıqlarına malikdi.

Hər oyunda adını ucadan səsləndirən “Liverpul” azarkeşləri ona səcdə edir. Oyununu yeni səviyyəyə qaldıran Yürgen Kloppun şəxsində elit baş məşqçisi var. Bütün turnirlərdə titul uğrunda mübarizə aparan dünya səviyyəli komanda yoldaşlarının əhatəsindədi. Ciddi, uzunmüddətli ambisiyalara malik klubun şərəfini qoruyur. Ancaq Salahın fikrincə, onda nəsə çatmır. Bəli, planetin ən dahi oyunçularından birinin statusuna uyğun müqaviləsi yoxdu.

Yeni müqavilə ilə bağlı davam edən qarşıdurma onun hansısa yeni çağırışlara qucaq açmağa hazırlaşması və ya başqa yerdə bəxtini sınamaq istəyi ilə bağlı deyil. 29 yaşlı ulduzun başını təkliflə gicəlləndirən klub da yoxdu. Söhbət puldan, hörmətdən və statusdan gedir. Misirli dəfələrlə bəyan edib ki, 2023-ün yayından sonra da “Enfild”də qalmaq istəyir və hələ də bu fikrə sadiqdi. “Liverpul” üçün canını qoyur, amma etiraf edir ki, klub da onun üçün ideal komanda strukturu, çiçəklənməsi üçün şərait yaradıb. Mo Çeşirdə xanımı Maqi, qızları Məkkə və Kayan ilə yaşayır.

Müqavilə ilə bağlı danışıqların belə uzun sürməsinin səbəbi odu ki, “Liverpul”un təklif etdiyi para ilə Salahın özü üçün müəyyənləşdiyi dəyər arasında ciddi fərq var. Tərəflər uzun müddət məbləğ açıqlamasalar da, 29 yaşlı futbolçu yaxınlarda iddia edib ki, qeyri-adi pul istəmir. O, hazırda həftəyə 200 min funt qazanır. Müqayisə üçün xatırladaq ki, Cek Qrilişin MS-dəki həftəlik qazancı 300 min funtdu.
“Artıq Mo qərar verməlidi. Klub bacardığını edib. Fikrimcə, ona normal təklif irəli sürülüb. Ardından nə müqaviləni yenilədi, nə də imtina etdi. Sadəcə, gözləmək lazımdı. Tələsməyə dəyməz” – bu sözləri Klopp ötən cümə jurnalistlərə deyib. Cəmi bir saat sonra isə Salahın məsləhətçisi Rami Abbas İssa “tvitter” hesabında baş məşqçiyə cavab kimi 7 qışqıran-gülən smaylik qoyub. Bu, adı çəkilən agentin mövsüm boyunca müştərisi üçün faydasız sərlövhələrə səbəbkar olmasına dair heç də ilk nümunə deyil. Halbuki “Liverpul”la çalışan əksər agentlər kölgədə qalmağa və fikirlərini şəxsi görüşdə açıqlamağa üstünlük verirlər. Ötən ilin avqustunda – mövsümün ilk oyununda “Liverpul” Salahın sayəsində “Norviç”i məğlub edəndə də Abbas klub sahiblərinə “ümid edirəm ki, onlar görürlər” tipli mesaj göndərmişdi. Təbii ki, rəhbərlik görür və “Fenway Sports Group” hələ də Salahın xidmətində maraqlıdı, ancaq bütün çərçivələri aşmamaq şərti ilə. Salah indi Vircil van Diyk və Tyaqo Alkantara ilə birgə maaş cədvəlinin ən yuxarı hissəsindədi.

Bu mövzu artıq azarkeşlərin də fikirlərini haçalandırıb. “Sadəcə, nə istəyirsə, onu da verin” deyənlər də var, “heç kim klubdan artıq deyil” deyənlər də. Əlbəttə, Salahın “Liverpul” üçün önəmi böyükdü. 2017-də “Roma”dan 43,9 milyon funta alınandan bəri bir çox klub rekordunu yeniləyib, daim sabit oyun göstərib. 238 oyunda 153 qol vurmaqla artıq klub tarixinin bombardirləri sıralamasında 9-cu yerə yüksəlib. Maykl Ouendən cəmi 5, Kenni Dalqlişdən isə 19 top geri qalır. Yalnız Stiven Cerrard (120 qol, 92 məhsuldar ötürmə) premyer-liqada Salahdan (115 qol, 43 ötürmə) daha artıq məhsuldar hərəkətlə yadda qalıb.
Şənbə günü “Brayton”un qapısına yol tapmaqla özünəməxsus elit kluba da daxil oldu. Söhbət ən azı 4 mövsümdə 20 və daha artıq qol vuran futbolçulardan gedir. Salah bu mənada Şirer, Aquero, Anri, Van Nistelroy və Keyndən sonra 6-cı oldu. “Liverpul”da bu həddə çatmadığı yeganə mövsümdə 19 qol vurub. Həmin oyunda ayağındakı ağrılar üzündən 64-cü dəqiqədə əvəzləndi, amma paltardəyişmə otağına yollanmamış “Brayton” azarkeşinə futbolkasını verməyə də imkan tapdı. Klopp isə oyunsonrası mətbuat konfransında “Mo yüngülcə ayağını dartıb, düşünür ki, hər şey yaxşı olacaq, əlbəttə, həkimlər ayağına baxmalıdı” dedi.

“Liverpul”da hər mövsüm orta hesabla 50-dən artıq keçirən və iyunda 30 yaşını tamamlayacaq Salahın gücünün tükəndiyinə dair hansısa əlamət yoxdu. Üstəlik 33 yaşlı Levandovski ilə 34 yaşlı Benzemanın Çempionlar Liqasını het-triklə gözəlləşdirməsi “Liverpul”un sahiblərinə düşünmək üçün material verməlidi. Bir il əvvəl Corcinyo Viynaldumun maliyyə tələblərini ödəməmək və onu 34-35 yaşına qədər “Liverpul”da saxlamaq üçün yüksək məbləğ ayırmamaq ilə bağlı verilən qərar doğru idi. Ancaq Salah tam fərqli personadı. Kiminsə onun məhsuldarlığını unutduracağına ümid etməyə dəyməz.
Klopp ötən cümə danışıqlarda tələsməyə ehtiyac olmadığını desə də, vaxt gedir. Belə dalan vəziyyəti maydan sonra da davam etsə, həyəcan təbili calınacaq və artıq “Liverpul” vacib qərar verməli olacaq. Misirlinin dəyəri 100 milyon avrodu. Rəhbərlik dalandan çıxa bilməsə, ya bu yay Salahla bağlı təkliflərə baxmalı, ya da 2023-ün yayında pulsuz verməli olacaq.

Salahın seçim imkanı geniş deyil. Mbappe “Real”a qoşulsa, PSJ fransalı futbolçunu əvəz etmək üçün misirlinin namizədliyini gözdən keçirə bilər. Əlbəttə, parislilər Salahın maaşını ödəməyə qadirdi, ancaq Liqa 1-də oynamaq onun üçün nə dərəcədə cəlbedicidi? Üstəlik Fransa paytaxtında əsas şəxs olmayacaq. Misirliyə maraq göstərən digər klubun – “Barselona”nın isə maliyyə sarıdan əziyyət çəkdiyi dünyaya məlumdu. “Liverpul” Salahı premyer-liqadakı rəqiblərindən birinə heç vaxt satmaz. Əlbəttə, 2023-ün yayında premyer-liqa klublarından birinə pulsuz qismət olmaq variantı da var. Ancaq belədə misirli “Enfild”dəki bütün irsini dəyərsizləşdirəcək. Misirli bu addımı atarmı?!
Salah nə qədər xüsusi persona olsa da, “Liverpul” bir nəfərdən ibarət komanda deyil. Braytondakı oyunun ən yaxşısı üçün mükafatı alan Luis Dias Kloppun hücum xəttinin gələcək inkişaf istiqamətlərinin daşıyıcısıdı. Oyunun əvvəlində cəsurluqla topu başla qapıya göndərən kolumbiyalı hücumlara yeni güc verib. Kloppun sərəncamında bombardilər siyahısında Salahdan sonrakı pillədə qərarlaşan Dioqo Jota da var.

Titul yarışına girişən “Liverpul”a bu gün yayındırıcı söhbətlər, hansısa şoular lazım deyil. Bütün tərəflər vəziyyəti düzgün qiymətləndirməli, ortaq məxrəcə gəlməyə çalışmalıdı. “Liverpul”la Salahın nigahı “göylərdə bağlanıb”. Bu ittifaqın mövsüm bitəndən sonra da davam etməsi həm klubun, həm də futbolçunun marağındadı.
Bəzi məqamlar...
* Müqavilə ilə bağlı danışıqlar dekabrda dayanıb. Klubun son təklifini futbolçu və agenti qəbul etməyib. Abbas İssa bildirib ki, şərtlər yaxşılaşmasa, danışıqlar masası arxasına oturmayacaq.

* Salah daha artıq qazanmaq istəyirsə, klub maaş strukturunu pozmaq niyyətindən uzaqdı. Misirli həftəyə 200 min qazanır ki, bu da Kevin de Bruynenin qazancından ikiqat azdı.

* “Liverpul”da Van Diyk hamıdan çox – 220 min funt qazanır. İngiltərəli insayderlərin yazdığına inansaq, klubun dekabrda misirliyə ünvanladığı yeni təklifdə həftəlik qazancı bonuslar nəzərə alınmadan 350 min funt göstərilib. Bu məbləğ onu premyer-liqada ən çox qazananların ilk “5-liy”inə salacaq. Yalnız Kriştiano Ronaldo, De Bruyne və De Xea daha çox qazanır. Həftədə 350 min funt sterlinq Monu klub tarixinin ən yüksək ödənişli oyunçusuna çevirəcək.

* Azarkeşlərlə yanaşı, futbol adamlarının da fikirləri fərqlidi. Məsələn, Ceymi Karrager belə hesab edir ki, misirli daha yaxşı şərtlərlə müqaviləyə layiqdi, azarkeşlər “Fenway Sports Group”dan olan klub sahiblərinə əsas ulduzun gedişini bağışlamayacaq. “Qırmızılar”ın digər sabiq oyunçusu Con Barnsın isə fikri fərqlidi: “Liverpul” Salahı sevir, ancaq müqavilə ilə bağlı istənilən tələbi qəbul etməyəcək – klub hücumçunun yaşına baxır, perspektivi dəyərləndirir və hər şeyi düz edir”.

* “Liverpul” hər ehtimala qarşı alternativ variantları da gözdən keçirir. Misirlini əvəz etməli olanların siyahısı: “Vest Hem”dən Carrod Bouen, “Arsenal”dan Bukayo Saka, “Lids”dən Rafinya. Bunların hər biri gənc, solaxay hücumçudu

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-03-2022, 16:0

Klopp Salahın “Liverpul”da qalmaq perspektivindən danışdı

Dünya futbolu

26-05-2022, 18:0

Salah ''Liverpul''da qalacaqmı?

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 176
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə