Məhəmməd Salah klubundan aldığı növbəti təklifi də rədd edib.
Bunu iddia edən jurnalist Fabritsio Romano onun iş yerini dəyişmək istəmədiyini və rəhbərlikdən daha cəlbedici təklif gözlədiyini bildirib. Misirli hücumçu “Liverpul”a müqavilə ilə 2023-cü ilin yayına qədər bağlıdı. İngiltərə klubunu çalışdıran Yürgen Klopp Salahın komandada qalmaq perspektivi ilə bağlı fikirlərini belə açıqlayıb:
“Şübhəsiz ki, Məhəmməd klubun daha iddialı olmasını gözləyir. Biz son illərdə belə olmuşuq və belə də davam edirik. Mövcud vəziyyətdə daha da irəli gedə bilmərik. Amma mən bu haqda düşünmürəm. Bu, böyük ölçüdə Salahın qərarıdı. Klub indiyədək əlindən gələni edib. Vəssalam. Hər şey qaydasındadı. Sadəcə, Salah yeni müqaviləni nə rədd edib, nə də imzalayıb. Biz bir qədər də gözləməliyik. Tələsməyə ehtiyac yoxdu”.