PSJ-nin sabiq futbolçusu Bruno Rodrigesin ayağı amputasiya olunub.
Fransa Peşəkar Futbolçular İttifaqının yaydığı məlumata görə, 50 yaşlı veteran hücumçu davamlı ağrılardan əziyyət çəkdiyi üçün ayağının kəsilməsinə razılıq verib.
Xatırladaq ki, Bruno 2000-01-ci illərdə PSJ-də çıxış edib. Fransalı keçmiş forvard həmçinin ölkəsinin "Monako", "Lans" klublarında, “Rayo Valyekano"da da oynayıb. O, PSJ-nin heyətində 18 oyunda 6 qol vurub. 2005-ci ildə karyerasını başa vurmuş veteran futbolçu ümumilikdə 259 matçda 76 qola imza atıb.