"Football-plus.az" xəbər verir ki, Salah ən azı bir mövsüm də komandada qalacağını deyib və ''Real''a qarşı oyundan danışıb:
''İndi məni yeni müqavilə maraqlandırmır. Pulu düşünən oyunçu kimi görünmək istəmirəm. Bunu 1-2 ay öncə də söyləmişdim. Komandamız üçün çox önəmli bir həftədi. Mən yalnız final matçına köklənmişəm. Müqavilə haqda danışmağın yeri deyil. Yalnız onu deyə bilərəm ki, gələn mövsüm də yüz faiz komandada qalacam. Sonrasına isə baxarıq. Finala çox motivasiyalı çıxacam. Həm ''Real''a qarşı son finalda yaşadıqlarımızı, həm də premyer-liqada çempionluğu 1 xalla əldən verdiyimizi nəzərə alsaq, bütün komanda bu qarşılaşmada yüksək motivasiya ilə oynayacaq. Hər birimiz həyəcanla oyunu gözləyirik və daha bir ÇL qazanmaq fürsətini əldən vermək istəmirik".

