• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt”ın sürücüsü “Qarabağ” azarkeşi olub - MÜSAHİBƏ

Müsahibə

18-03-2022, 12:0

Bu dəfə futboldan və futbolçulardan yox, futbolun içində olub gözə görünməyənlərdən, geniş publikaya o qədər də tanış olmayanlardan danışacağıq.

Hər klubda belələri var: operator, fotoqraf, inzibatçı, sürücü və s. Onlar daim iş başında olsalar da, fəaliyyətləri diqqətdən kənar qalır. Budəfəki həmsöhbətimiz “Sumqayıt”ın avtobusunun sürücüsü, demək olar, hər gün kollektivlə birgə olan Yavər Səlimovdu. Əslən laçınlı olan Yavər bəylə “kimyaçılar”a gəlib-getmiş futbolçulardan tutmuş, onların kaprizləri, başına gələn maraqlı hadisələr barədə danışdıq.

- Neçə ildi “Sumqayıt”ın avtobusunu idarə edirsiz?
- Artıq 3-cü ildi klubun ştatlı sürücüsüyəm. Ondan əvvəl isə 7 il klubun icarəyə götürdüyü avtobusu sürmüşəm. Ümumilikdə 10 ilə yaxındı “Sumqayıt”dayam.

- Klubda işləməmiş futbola marağın olub?
- Təbii ki.

- Azərbaycan futbolu, yoxsa xarici futbol ilə çox maraqlanmısan?
- Mənim xariclə işim yoxdu. Bəzən olur ki, hamının maraqla gözlədiyi xarici oyunlara baxıram. Ancaq əsasən ölkə futbolu ilə maraqlanmışam. Nə gizlədim, “Sumqayıt”a gələnə qədər “Qarabağ”a azarkeşlik edirdim. İşə başlayandan artıq öz klubumuzun qatı azarkeşi, hətta deyərdim ki, fanatıyam. Hansısa çempionat və ya kubok oyunundan əvvəl bəlkə də mən futbolçularıdan daha həyəcanlı oluram.

- Futbol klubununda sürücü olmağın hansı özəlliyi var?
- Bu gün ölkədə sürücü çoxdu. Ancaq onların heç də hamısına premyer-liqa komandasında işləmək qismət deyil. Bu artıq bir üstünlükdü. İkincisi, futbol “idmanın şahı” olduğu üçün vəzifəsindən, sənətindən asılı olmayaraq, milyonlar bu oyuna tamaşa edir. Çoxları kumirləri olan oyunçuları çox vaxt ekranda görür. Komandanın sürücüsü isə onlarla hər gün təmasda olur, danışır, zarafatlaşır. Üçüncüsü, elita təmsilçisinin sürücüsü kollektivin bir üzvü olduğundan onlara yaradılan şərait sürücü üçün də yaradılır. Məsələn, bahalı otellərdə qalırsan, onların yediklərindən yeyib, gəzdikləri yerləri sən də gəzirsən. Azdı, yoxsa yenə sayım? (gülür)

- 10 il az müddət deyil. Bu illər ərzində “Sumqayıt”a çox futbolçu gəlib-gedib. Futbolçu kimi yox, insan kimi ən çox kimi bəyənmisən?
- Adını çəkəcəyim futbolçu bu gün də komandadadı. Söhbət Vurğun Hüseynovdan gedir. O bu gün kapitan olmasaydı belə, yenə hamının yanında hörməti olardı. Çox mədəni, tərbiyəli, hamının yanında hörməti olan biridi. Məncə, Vurğun bu günə kimi heç kimin xətrinə dəyməyib, heç kimlə arasında narazılıq yaşanmayıb. Düzdü, lazım gələndə sərt üzünü göstərə bilir, kapitan kimi kimlərə nə lazımdısa, deyir. Ancaq onun sözlərindən heç kim incimir. Hüseynov futbolçu kimi futbolçu, insan kimi də insandı.

- Bu sualın əksini verim: bəs kimi bəyənməmisən?
- (bir qədər fikirləşir) Mehdi Şərifinin adını çəkərdim. Geridə qalan illər ərzində çox futbolçu komandada çıxış edib. Ancaq onun qədər özündənrazı birini görməmişəm. Avtobusa minən kimi uzanır, ayaqlarını da qonşu oturacaqda əl yerinin üstünə qoyurdu.

- 10 ildə başına gələn ən maraqlı hadisəni xatırlaya bilərsən?
- Bir dəfə komanda üzvlərini Bakıya düşürüb Sumqayıta qayıdırdım. Yolda komandanın baş inzibatçısı Faiq Hacı-Məhərrəmovdan zəng gəldi. Faiq müəllim “Yavər, futbolçulardan biri cüzdanını hardasa unudub. Maşına bax, gör təsadüfən orda qalmayıb”, - deyə soruşdu. Həmin vaxt tıxacda olduğum üçün “sakit yerə çıxım, baxaram” dedim. Faiq müəllim dəqiq deməmişdi ki, cüzdan məhz avtobusda qalıb. Sadəcə, hər ehtimala qarşı baxmağımı istəmişdi. Xırdalan qəbiristanlığının yanında avtobusu saxlayıb, salona keçdim. Həmin futbolçunun əyləşdiyi oturacağa yaxınlaşanda gördüm ki, cüzdan qarşı oturacağın altına düşüb. Yəni görünməyən yerə. Cüzdanı yerdən qaldıranda gördüm ki, içi dolu puldu. Sən demə, həmin gün həm maaş, həm də mükafat verilib. Zəng vurub cüzdanı tapdığımı dedim. Və ertəsi oteldə onu sahibinə qaytardım. Ən pisi, bilirsiz, nə oldu?

- Nə?
- Futbolçu içi pulla dolu cüzdanı məndən götürəndə heç “sağ ol” da demədi.

- Adını deyə bilərsən?
- Bağışla, bunu deyə bilmərəm. Bu sirr kimi qalmalıdı.

- Komanda ilə bərabər Azərbaycanın çox bölgələrinə səfər etmisən. Ən çox bəyəndiyin bölgə hansıdı?
- Heç düşünmədən Qəbələnin adını çəkərdim.

- Niyə?
- Çünki o klubda çalışanlar sürücüyə qiymət verməyi bacarırlar. Mən əsas komanda ilə yanaşı, arada əvəzediciləri də oyunlara aparıram. Qəbələ stadionuna çatan kimi orda çalışanlar yoldan gəldiyim üçün çay təklif edirlər, yeməyə dəvət edirlər. İlk baxışdan bu adi görünə bilər. Ancaq sürücü üçün böyük jestdi. Elə bölgələr də var ki, ora gedəndə adamın üzünə baxmaq istəmirlər. Adi su istəyirsən ki, avtobusu təmizləyəsən, onu da zorla verirlər.

- Demək olar, bütün sürücülərin ən yaralı yeri cərimələrdi. Çox cərimə ödəyirsən?
- Çalışıram qaydaları pozmayım. Ancaq bəzən bundan yan qaçmaq olmur. Daim yollarda olan sürücünün qaydanı pozmaması müdafiəçinin sarı vərəqə almamasına bənzəyir. Ümumilikdə özümü intizamlı sürücü kimi qələmə verərdim (gülür).

- Klubun avtobusunu idarə etdiyinə görə Dövlət Yol Polisinin əməkdaşları sənə nədəsə güzəşt edirlər?
- Onlardan heç bir narazılığım yoxdu. İmkan daxilində bəzən nəyisə görməzliyə vurur, nədəsə güzəşt edirlər. Kobud qayda pozuntusu olmasa, avtobusu saxlamazlar. Yəqin sərt karantin rejimini xatırlayırsız. Onda ölkənin müxtəlif yerlərində xüsusi postlar qoyulmuşdu. İcazəsi olmayanları Bakıya və ya əksinə, rayona buraxmırdılar. Həmin postlarda da yoxlama səbəbindən daim uzun növbələr olurdu. DYP əməkdaşları həmin növbələrdə avtobusu, demək olar, gözlətmirdilər. Həmişə postu tez keçməyimizə şərait yaradıblar.

- “Sumqayıt”da müxtəlif ölkələrdən futbolçular çıxış edir. Olub ki, onlar vətənlərinə gedib-gələndə sənin üçün özəl bir hədiyyə gətirsinlər?
- Yox, elə hal olmayıb. Əslində mən onlarla o qədər yaxın deyiləm ki, nəsə gətirsinlər. İşim sürücülükdü, onu da yerinə yetirirəm. İşlə yoldaşlıq arasında məsafəni qorumağa çalışıram. Bir də ən yaxşısı özümüzkülərdi. Onlarla daha isti münasibətim olub, nəinki kənardan gələnlərlə. O da hamısı ilə yox. Bizimkilərin də arasında özünü “göylə” aparanlar olub və var ki, mənim də onlarla aram yoxdu.

- Komanda ilə yolda qaldığın vaxt olub?
- Yalnız bir dəfə. O da əvəzedici komanda ilə Zaqataladan qayıdanda. Müəyyən nasazlıq səbəbindən bir qədər yolda dayanmalı oldum. Əsas komanda ilə isə heç vaxt bunu yaşamamışam. Çünki futbolçular oyuna hazırlaşan kimi, mən də yola çıxmamış avtobusu servisə aparıb yoxlatdırıram, nəsə xoşuma gəlməsə, ustaya göstərirəm. Yeni avtobus gələndən sonra belə problemlə üzləşməmişəm.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

26-04-2022, 12:0

Anatoli “Sumqayıt”da ilk məşqinə çıxdı - ÖZƏL

Ölkə futbolu

20-05-2022, 15:0

"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi

Aktual
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Son xəbərlər
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 92
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə