“Sumqayıt”ın neçə müddətdi yolunu gözlədiyi Anatoli Niriyev, nəhayət, Azərbaycana gəlib.
Klubun mətbuat katibi Rəşad Məmmədov “Football-plus.az” saytına açıqlamasında millinin də şərəfini qoruyan yarımmüdafiəçinin artıq dünəndən kollektivlə birgə məşqlərə çıxdığını söylədi.
Rəşad bəy onu da əlavə etdi ki, “Kolos”un sabiq futbolçusu ilk məşqdə heç də pis təsir bağışlamayıb, artıq çəkidən də əziyyət çəkmir.
RƏŞAD