DÇ-2026-nın 1/8 finalında keçirilən İspaniya - Portuqaliya oyununun (1:0) ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, FİFA-nın saytının xəbərinə görə, matçın ən yaxşısı adına ispaniyalı Rodri layiq görülüb. Meydana start heyətində çıxan yarımmüdafiəçi oyunu əvəzolunmadan keçirib.
İspaniya mundialın 1/4 finalında Belçika ilə qarşılaşacaq.