İlk yarımfinal matçının ən yaxşısı seçildi

11.07.2024 12:20 264
Dünya futbolu
AÇ-2024-ün yarımfinalında keçirilən İspaniya - Fransa matçının (2:1) ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın rəsmi saytının xəbərinə görə, İspaniya millisinin hücumçusu Lamin Yamal oyunun ən yaxşısı adına layiq görülüb. 90+4-cü dəqiqədə əvəzlənən 16 yaşlı hücumçu 21-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Qeyd edək ki, Yamal qitə çempionatında keçirdiyi 5 oyunda 1 qolun və məhsuldar ötürmənin müəllifi olub.