Bu gün səhər saatlarında futbol üzrə dünya çempionatında 1/16 finalın növbəti oyunu keçirilib. Bosniya və Hersoqovina ilə qarşılaşan ABŞ yığması inamlı qələbə qazanıb – 2:0. Təşkilatçı ölkənin komandası Folarin Baloqunun 64-cü dəqiqədə meydandan qovulması üzündən azlıqda qalıb.
ABŞ – Bosniya və Hersoqovina 2:0
Folarin Baloqun, 45. Malik Tillman, 82.
Artıq 1/8 final cütlərindən beşi formalaşıb: Kanada – Mərakeş, Paraqvay – Fransa, Braziliya – Norveç, Meksika – İngiltərə, ABŞ – Belçika.
Bu gün və sabah səhər saatlarında dünya çempionatında üç oyun keçiriləcək:
23.00. İspaniya – Avstriya
03.00. Portuqaliya – Xorvatiya
07.00. İsveçrə - Əlcəzair