"Zirə"nin rəqibi superkuboku qazandı

1.07.2026 22:42 28
Dünya futbolu
Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Torpedo” bu gün Gürcüstan superkuboku uğrunda final oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Kutaisi təmsilçisi həlledici matçda “İberiya” ilə qarşılaşıb. Dörd gün əvvəl yarımfinalda kubokun sonuncu qalibi “Dila”nı məğlub edən (1:0) “Torpedo” bu dəfə də meydandan qalib ayrılıb.

Əsas vaxtı 2:2 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında “Torpedo” qələbə qazanaraq (6:5) superkuboka sahib olub.

Xatırladaq ki, “Zirə” ilə “Torpedo” arasında ilk matç iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-sı Kutaisidə keçiriləcək.