Mundialda 5-ci dəfə xəbərdarlıq aldı

1.07.2026 19:53 10
Dünya futbolu
Kazemiro DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində Yaponiyaya qarşı keçirilən matçda sarı vərəqə ilə cəzalandırılıb.

"Football-plus.az" xəbər verir ki, Braziliya yığmasının yarımmüdafiəçisi 15-ci dəqiqədə xəbərdarlıq alıb. “Opta” statistika portalının məlumatına görə, bu, Kazemironun dünya çempionatlarında aldığı 5-ci sarı vərəqədi. Beləliklə, o, turnirin tarixinə ən çox xəbərdarlıq alan 4-cü oyunçu kimi düşüb.

Dünya çempionatları tarixində yalnız argentinalı Xavyer Masçerano və braziliyalı Kafu Kazemirodan daha çox sarı vərəqə alıblar.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul