“İmişli”nin baş məşqçisi postundan ayrılan Jorj Kaşkilya Azərbaycanla vidalaşıb.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Artıq rəsmi olaraq “İmişli” ilə yolun sonuna gəldik. İlk növbədə futbolçulara təşəkkür etmək istəyirəm. Bu yolun əsl qəhrəmanları onlar idi. Mövsüm ərzində saysız-hesabsız çətinliklərlə üzləşdilər, heç vaxt təslim olmadılar, birliklərini qorudular, yüksək xarakter, fədakarlıq və əzm nümayiş etdirdilər. Onlar əsl çempion idilər. Bu, bizim mükafatımız idi. Həmişə inanan, ən çətin anlarda belə, mübarizəni dayandırmayan kollektiv üçün tamamilə haqq edilmiş mükafat. Etimada görə klub rəhbərliyinə, yorulmadan çalışan bütün heyətə və bizi hər zaman dəstəkləyən azarkeşlərə minnətdaram. Onların səsləri, coşqusu və sevgisi bizə hər an irəliləmək üçün güc verdi. Burdan gözəl xatirələr, dostluqlar və birlikdə keçdiyimiz yola görə böyük qürur hissi ilə ayrılıram. Kluba və bu ailənin bütün üzvlərinə gələcəkdə uğurlar arzulayıram. Təşəkkürlər, Azərbaycan! Özümlə böyük minnətdarlıq hissi aparıram. Ümid edirəm ki, bu, vida deyil, tezliklə görüşənədək”.
“İmişli” ötən mövsümü 34 xalla 9-cu pillədə başa vurub.