Naqelsmann istefa verəcək?

1.07.2026 18:58 18
Dünya futbolu
Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq mundialda mübarizəni dayandırdıqdan sonra istefaya yollana biləcəyi haqda sualı cavablayıb.

"Football-plus.az" xəbər verir ki, Almaniya - Paraqvay oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə sona çatıb. Penalti seriyasında isə Paraqvay 4:3 hesabı ilə qalib gəlib. 38 yaşlı Naqelsmann uğursuzluğa baxmayaraq, vəzifəsindən getmək niyyətində olmadığını deyib:

“Mən istefa vermirəm. 2028-ci ilə qədər qalmağımı istəsələr, qalacağam. Əgər bunu istəməsələr, milli komandadan ayrılacağam”.