“Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu

1.07.2026 14:26 15
Dünya futbolu / Aktual
2-ci bundesliqada çıxış edən “Kayzerslautern”i əsasən Mahir Emreliyə görə izləyirik. “Qırmızı iblislər” yeni mövsüm üçün toplanışa başlayıb. Hazırlığın ilk mərhələsi iyulun 19-na qədər davam edəcək. “Kayzerslautern” bu müddətdə üç yoxlama oyunu keçirəcək. İyulun 19-da 2-ci mərhələyə start veriləcək və komanda İtaliyaya yollanacaq.

Maraqlıdı ki, klubun toplanışla bağlı paylaşımlarında Mahir Emreliyə rast gəlmədik. Bizdə olan məlumata görə, o, toplanışa qoşulmayıb, əksinə, sosial şəbəkə hesabında dostları ilə birgə paylaşım edib. Mahirin Türkiyə tətili davam edir.

Belə görünür ki, 2-ci bundesliqa təmsilçisi 29 yaşlı hücumçu ilə vidalaşmaq istəyir. Sadəcə, tezliklə Mahirin satılması üçün klub tapılmalıdı. Baş məşqçi Torsten Liberknext də Emrelini gələcək planlarında görmür, fikrini klub rəhbərliyinə də çatdırıb.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul