5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?

1.07.2026 13:56 28
Ölkə futbolu / Aktual
Ölkəmizi avrokuboklarda təmsil edəcək klublardan dördü də xaricdə toplanış keçir. İyulun 4-də isə “Turan Tovuz” da onlara qoşulacaq. Bəs qalan 7 klubdan nə xəbər var?

“Araz-Naxçıvan” Bakıdan kənara çıxmayacaq. Əvvəlcə əvəzedici komandası ilə qarşılaşacaq Naxçıvan təmsilçisi iyulun 24-də “İmişli”, 31-də “Şəfa” ilə yoldaşlıq görüşü keçiriləcək.

“Qəbələ” iyulun 4-də doğma şəhərdə toplanışa başlayacaq. Rəqiblərin tam siyahısı bəlli deyil. “Şəfa” iyulun 2-də Bakıda toplaşacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək. İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq. Hazırlığın ikinci mərhələsi avqustun 9-dək orda davam edəcək. Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.

“Şamaxı”nın təlim-məşq toplanışı iyulun 11-də Qəbələdə start götürəcək və avqustun 4-nə qədər davam edəcək. “Şirlər” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Onların rəqiblərindən biri “Sumqayıt” (30 iyul), digəri “Qəbələ” (4 avqust) olacaq.

“İmişli”nin təlim-məşq toplanışı iyulun 8-də başlayacaq. Məkanla bağlı hələ də dəqiq məlumat yoxdu. Yoxlama görüşlərində rəqiblərdən birinin “Araz-Naxçıvan” olacağı bəllidi. Hələ də bu komandanı kimin çalışdıracağı bilinmir.

Baş məşqçisi yenicə təyin olunan “Kəpəz” və bu postu boş qalan “Sumqayıt”ın yay hazırlıq planı bəlli deyil. Xatırladaq ki, yeni mövsüm avqustun 14-də start götürəcək.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul