Avrokuboklarda yeni mövsüm həyəcanının başlanmasına bir həftədən az vaxt qaldı.
Məlumdu ki, ölkəmizi təmsil edəcək komandalar hazırlığını davam etdirir. Ancaq axı başqa məsələlər də var ki, onlara da diqqət yetirmək lazımdı. Söhbət rəqib kollektivlərin səfərə nə qədər azarkeşiylə birgə gələcəyi və bizimkilərin bilet satışına nə vaxt start verəcəyindən gedir. Çünki, hələ təkcə “Sabah” biletlərin satışa çıxarıldığı haqda məlumat yayıb. “Qarabağ”la “Zirə”dən isə xəbər yoxdu.
Qeyd olunan detallara aydınlıq gətirmək məqsədilə klubların mətbuat xidmətinə sorğu göndərdik. Hər üç klubdan verilən məlumata görə, rəqiblərdən hələ azarkeşlərlə bağlı müraciət daxil olmayıb. "Qarabağ" və "Zirə"dən bildirildi ki, bilet satışıyla bağlı yenilik yoxdu.
Maraqlıdı, xüsusən, “Zirə” nəyi gözləyir? Axı “qartallar”ın “Torpedo”ya qarşı oyununa cəmi bir həftə qalıb...
KƏNAN BAHADIR