“Football-plus.az” klubun saytına istinadla bildirir ki, komandanın baş məşqçisi Tomas Liberknext millidə çıxış edən futbolçulara, yəni həm də Mahirə əlavə bir həftə istirahət vaxtı verib.
Mövzuyla bağlı daha bir informasiya “Kicker”də dərc olunub. Belə ki, “Kayzerslautern”in idman direktoru Marsel Klos alman həmkarlarımıza açıqlamasında Mahirin klubdakı taleyi haqda bunları deyib:
“Mahiri yaxşı tanıyıramsa, düşərgəyə qayıdan kimi var gücü ilə məşq edəcək. Amma onun üçün sərfəli təklif olsa, danışıq aparmağa hazırıq”.
Xatırladaq ki, Emreli ötən ilin yayından “qırmızı iblislər”in şərəfini qoruyur. Klubun onunla müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR





