"Şəfa" legioner transfer etdi

1.07.2026 17:58 18
Ölkə futbolu
“Şəfa” ilk legioner transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi Vlad Marian Popu heyətə cəlb edilib. Rumıniyalı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.

Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad son olaraq “Unirea Sloboziya”nın formasını geyib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatea Krayova” və “Mioveni” kimi klublarda da çıxış edib.