İngiltərə yığması ciddi itki ilə üzləşib.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi Ris Ceyms ən azı qarşıdakı iki oyunu buraxacaq. Sağ cinah müdafiəçisi hazırda dizaltı vətərindən aldığı zədədən sonra bərpa prosesi keçir. O, iyunun 23-də Qana ilə keçirilən matçdan (0:0) sonra əzələsində gərginlik hiss etdiyini bildirib. Futbolçu cümə günü keçirilən məşqdə də komanda ilə birlikdə iştirak etməyib.
Yığmanın baş məşqçisi Tomas Tuxel Ceymsin komanda ilə birlikdə Nyu Yorka yollanmadığını bildirib. İngiltərə bazar gününə keçən gecə növbəti oyunda Panama ilə qarşılaşacaq. Adalılar pley-offa çıxacaqları halda Ris 1/16 final matçını da buraxacaq.