"Sabah"dan ayrılan İqor Noqeyranın yeni klubu məlum olub.
"Football-plus.az" xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Rusiya premyer-liqasında davam etdirəcək.
Noqeyra "Rostov"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu "sarı-göylər"lə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Noqeyra 2024-cü ilin yayından "Sabah"da çıxış edirdi. Təcrübəli mərkəz müdafiəçisi Masazır təmsilçisinin heyətində meydana çıxdığı 62 rəsmi matçda 4 qol vurub.