Məhəmməd Salah premyer-liqadakı qol göstəricisini artırıb.
"Football-plus az" xəbər verir ki, “Liverpul”un aparıcı futbolçusu bunu 1-ci turun “Bornmut”la oyununda (4:2) bacarıb. 33 yaşlı hücumçu İngiltərə çempionatındakı qollarının sayını 187-yə çatdırıb. O, bununla da premyer-liqa tarixinin bombardirlərinin siyahısında 4-cü yerə yüksəlib.
Siyahıya 260 qolla Alan Şirer başçılıq edir. Harri Keyn 213 qolla 2-ci, Ueyn Runi isə 208 qolla 3-cü yeri tutur.
Məhəmməd “Liverpul”un formasını 2017-ci ildən geyir.