Runini arxada qoyub 2-ci oldu

7.05.2023 19:21 266
Dünya futbolu
Premyer-liqanın “Kristal Pelas”la oyunu Harri Keyn üçün əlamətdar olub.

“Football-plus.az” xəbər verir ki, onun vurduğu yeganə qol “Tottenhem”ə qələbə qazandırıb. İngilis hücumçu premyer-liqadakı qollarının sayını 209-a çatdırıb. Ueyn Runini (208) arxada qoyan Keyn hazırda bu liqanın ən yaxşı bombardirlərinin siyahısında 2-ci yeri tutur.

Premyer-liqada ən çox qol vuran oyunçu Alan Şirerdi (260).