Premyer-liqanın “Brentford”la oyunu Məhəmməd Salah üçün əlamətdar olub.
“Football-plus.az” xəbər verir ki, onun vurduğu yeganə qol “Liverpul”a qələbə qazandırıb. Misirli hücumçu qırmızı formadakı qollarının sayını 186-ya çatdırıb. Salah hazırda komandanın ən yaxşı bombardirlərinin siyahısında Stiven Cerrard ilə birlikdə 5-ci yeri bölüşür. “Liverpul”un formasında ən çox qol vuran oyunçu Yan Raşdı (346).