• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fernando Santuş? Yox, məsuliyyətsiz futbolçular! - KÖŞƏ

Yazarlar

20-10-2024, 14:0

Bütün yaş qrupu üzrə yığmalarının əslində heç nəyə yaramadığını, heç bir turnir vəzifəsinin öhdəsindən gəlməyə qadir olmadığını anlamaq və bununla barışmaq çox çətindi.

Mən də futbol ictimaiyyətinin son günlər hər addımda gözə dəyən səmimi canıyananlıq mesajlarını, günahkar axtarışına çıxmasını, məyusluğunu görürəm. Başqa yaş qrupları ilə işim yoxdu, hər şey aydındı, çempionat xatirinə keçirilən çempionatlarda çıxış edən futbolçulardan qurulan yığmalar Avropa və dünya çapında uğurlu ola bilməz. U-larla bağlı adamları düşündürən sual, adətən, bundan ibarət olur: görəsən, bu dəfə neçə qol buraxacaqlar... Piramidanın zirvəsində isə əsas milli dayanır, sentyabrın 17-də 32 yaşını tamamlayan, bu müddətdə artıq 19-cu baş məşqçinin sərəncamında olan komanda...

Tarixə dönmək, yerli, yoxsa əcnəbi çalışdırıcıların uğurlu olmasıyla bağlı mənasız mübahisəyə girişmək istəmirəm. İlk növbədə ona görə ki, ortada heç bir uğur yoxdu! Amma Fernando Santuş gələndən bəri yenə uğursuz nəticələr sıralanır və nədənsə həmkarlarım məsuliyyətsiz, yersiz hərəkətləri və qərarları ilə yığmanı hər oyunda “dəfn edən” ayrı-ayrı futbolçuları yox, məhz portuqaliyalı çalışdırıcını tənqid atəşinə tuturlar.

Fikrimcə, Portuqaliyadan gələn məşqçi korpusunun bizimkilərlə müqayisədə nisbətən yüksək olan maaşından başqa ortada heç bir ciddi dəlil, irad tutulası yön yoxdu. Hə, bir də kapitan seçimindəki təbəddülat. Belələri üçün də iki sualım var: hansı birimiz penalti vurmağı tapşırdığımız adamın özbaşınalığına və faktiki yığmanı xal ümidindən məhrum etməsinə dözərdik? İkincisi, adam Bədavi Hüseynovun hələ də Azərbaycan dilini bilmədiyini üzünə çırpmaqla düz etmirmi? Axı hər birimiz yığma oyunçularının milli atributlara hörmətsizliyinə görə dəfələrlə yanıb-yaxılmışıq, bu çatışmazlığı yazılarımıza daşımışıq.

Bəli, ölkəmizdə idman jurnalistikasının mövcudluğu hazırda klubların səxavətindən asılı duruma düşüb, yəni AFFA-nı tənqid etmək klublarla müqayisədə çox-çox asandı! Amma ölkənin ali futbol qurumu nəinki əsas, bütün yaş qrupları üzrə yığmaların fəaliyyətini ən yaxşı şəkildə maliyyələşdirir, toplanışların təşkilindən tutmuş bəzən hətta uduzulan oyunlara görə mükafat verilməsinə qədər! Belədə yığmaların uğursuzluqlarına görə futbol qurumunu məşhər ayağına çəkmək nə dərəcədə ədalətlidi? Nümunə göstərməyə adət etdiyimiz Avropada, dünyada belədi?

Yığmanın Millətlər Liqasının yeni tsiklindəki ilk üç oyununa toxunmayacam, çünki bu haqda yazılarım olub, yenidən eyni dəlillərin üzərinə dönmək istəmirəm. Yalnız və yalnız Slovakiya ilə Bakıda keçirilən, təəssüratı hələ yeni olan oyunun üzərində dayanaq. 15-ci dəqiqədə növbəti mənasız qolu buraxsaq da, dayanmadan, özü də maraqlı hücumlar quran yığmamız 38-ci dəqiqədə hesabı bərabərləşdirir, fasiləyə bərabərliklə yollanır, 2-ci hissə üçün azarkeşlərinə ümid verir. Rəqibin sarsıldığını, hətta cavab qolundan sonra da ayılmadığını görən portuqaliyalı mütəxəssis fasilədən dərhal sonra daha bir hücumameyilli oyunçunu – Emin Mahmudovu meydana buraxır. Al gəldi, möhtəşəm qərar! Yarıtmaz Anton Krivotsyuku meydandan alıram, qol ümidini oyuna qoşuram, qələbə qazanmaq istəyirəm! Və həmin, penalti epizodunda Santuşu “yandıran”, ümumiyyətlə, son bir ildə klub və yığma səviyyəsində nə etmək istədiyi qətiyyən aydın olmayan Emin meydana çıxan kimi çox əlverişli imkan qazanır. Gözəl kombinasiyanın sonunda ondan yalnız topu tora salmaq tələb olunur.

Rodakla faktiki üzbəüz qalan Emin topu onun üzərindən aşırır. Qol, 2:1? Yox! Sadəcə, ona görə ki, Mahmudov çox kiçik, amma taleyüklü texniki səhvə yol verib, topu ya bir qədər sərt, ya da hündürdən vurmaq lazım idi ki, müdafiəçi komandasını qoldan xilas edə bilməsin. Amma bu da dünyanın sonu deyil. Yığmamız yenə yaxşı oyun göstərir, daha doğrusu, meydanda qarşılıqlı hücumlar şəraitində keçən oyun gedir. Açıq-aşkar görünür ki, kim növbəti qolu vursa, o da qalib gələcək. Və bu məqamda səhnəyə Mahir Emreli çıxır. Artıq zəngin Avropa təcrübəsinə malik olan, ümidlərimizin zirvəsində dayanan gənc və perspektivli yarımmüdafiəçi, oyunu ilə Miroslav Klozenin də diqqətini cəlb edən azərbaycanlı futbolçu.

Əvvəlcə, yəni 45-ci dəqiqədə, komandalar artıq fikrən paltardəyişmə otağında olarkən hakimin qərarına etiraz edir ki, buna görə haqlı sarı vərəqə ilə cəzalanır. 70-ci dəqiqədə isə qapıdan yetərincə uzaq məsafədə illərin təcrübəsi Haraslini yerə sərir. Mahir o folu edərkən “sarı”, ardından “qırmızı” alacağını yüzdəyüz bilirdi. Bəs onda belə hərəkətə nə ad vermək olar? Sırtıqlıq, məsuliyyətsizlik, yoxsa nə? Mənə elə gəlir ki, “vicdansızlıq” deyib, üstündən keçək! Allah da Mahirin günahından keçsin! Komandalar arasında səviyyə fərqi varsa və sən artıq 70-ci dəqiqədə azlıqda qalırsansa, oyunu necə xilas edəcəksən? Təbii ki, heç cür! Uduzmağa məhkumsan! Və mən bu məğlubiyyəti Fernando Santuşun ayağına yazanları qətiyyən dəstəkləmirəm. Bəli, protokolda baş məşqçi xanasında onun adı yazılıb. Amma oyunu meydanda məsuliyyətini qətiyyən dərk etməyən azərbaycanlı futbolçular uduzdu.

Tam mümkündü ki, yığma qalan oyunların ikisində də uduzsun, hətta DÇ-2026-nın seçmə mərhələsində də fiasko yaşasın və bunun nəticəsi kimi Fernando Santuş postundan qovulsun. Amma portuqaliyalı yenə də mənim yaddaşımda prinsiplərinə sadiq qalan (Mahmudov nümunəsi kifayətdi!), Azərbaycan yığmasına hücum etməyi öyrətmək istəyən baş məşqçi kimi qalacaq. Qalanı təfərrüat və texniki detallardı!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

14-06-2024, 14:0

“Millətlər Liqası üçün komandanı formalaşdırmaq çətindi”

Ölkə futbolu / Manşet

2-07-2024, 23:0

Santuş Bakıya daha bir Santuş gətirdi, amma yenə vətəninə dönür – niyə?

Ölkə futbolu

3-07-2024, 17:0

Fernando Santuş Qəbələ şəhər stadionuyla tanış oldu

Yığma / Manşet

13-06-2024, 23:0

İctimaiyyət Fernando Santuşun təyinatını qəzəblə qarşılaşdı - “Vallah, biz sənə vaxt verəcəyik, sən o qurban olduğumdan vaxt istə”

Ölkə futbolu / Manşet

16-10-2024, 15:0

“Fernando Santuş Azərbaycanda iz qoya bilmir” – xarici mətbuat da dilə gəldi

Aktual / Yığma

18-10-2024, 20:0

Santuş futbolçularla ingilis dilində danışa bilmir?

Aktual
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
"Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
“Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
“Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
Son xəbərlər
  • Bu gün, 20:05
    "Zirə"dən erkən qol - YENİLƏNİR
  • Bu gün, 19:53
    Ağlasığmaz avtoqol ''Əl-Nəssr''in və Ronaldonun çempionluğunu təxirə saldı
  • Bu gün, 19:22
    Millimiz Türkiyədə yoldaşlıq oyunları keçirəcək
  • Bu gün, 18:51
    "Sabah" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 18:46
    “Neftçi”nin qızlar komandası yenə çempion oldu
  • Bu gün, 18:16
    ''Qalatasaray''ın ulduzunu alış-veriş mərkəzində yumruqladılar!
  • Bu gün, 17:45
    Şahin Diniyev “Şamaxı”da?
  • Bu gün, 17:14
    “Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
  • Bu gün, 16:55
    Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
  • Bu gün, 16:24
    "Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
  • Bu gün, 15:53
    “Qarabağ” - “İmişli” matçının biletləri satışdadı
  • Bu gün, 15:22
    Məğlubiyyətsiz ''Benfika'' hətta "ÇL zonası"ndan da kənar qaldı!
  • Bu gün, 14:51
    İki ildi Rəşad Sadıqovu izləyən təhlükə - Dambrauskas onu “istefaya göndərmək” istəyir!
  • Bu gün, 14:20
    "Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi bəlli oldu
  • Bu gün, 13:59
    Cibrila oynasa, “Zirə” kuboku qazanacaq! - “Sabah” yenə “Bu şəhər ikimizə dar”ı səsləndirəcək?
  • Bu gün, 13:40
    Felipe Santos milliyə dəvət aldı
  • Bu gün, 13:28
    Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
  • Bu gün, 12:57
    AFFA tərəfindən həkimlər üçün seminar keçirildi
  • Bu gün, 12:36
    Nərimanın "Kolambus Kryu"dakı maaşı açıqlandı - RƏSMİ
  • Bu gün, 12:15
    “Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
  • Bu gün, 11:54
    Gəncədə məktəblilər arasında minifutbol turniri keçirildi
  • Bu gün, 11:23
    “Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
  • Bu gün, 10:52
    Cəlal dubl etdi, komandasına qələbə qazandırdı!
  • Bu gün, 10:31
    Liqa 1-də rəqib tanımır
  • Bu gün, 10:00
    40 yaşında nəhəng turnirdə oynayacaq
  • Bu gün, 00:00
    Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
  • Dünən, 23:39
    Flikin məsələsinə aydınlıq gəldi
  • Dünən, 23:18
    PSJ 8 il əvvəlki uğuruna yaxındı
  • Dünən, 22:47
    Mbappe boykota əl atıb?
  • Dünən, 22:16
    La Liqanı tərk etdilər
  • Dünən, 21:45
    “11-ci olmağımızın səbəbi çoxdu” - Səbuhi Səfiyarlı
  • Dünən, 21:26
    Mövsümü erkən başa vurdu
  • Dünən, 21:01
    Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - VİDEO
  • Dünən, 20:44
    Avrokubokların finallarının hakimləri açıqlandı
  • Dünən, 20:17
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
Daha çox
Oxunub: 259
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 223
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 192
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 191
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 183
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 176
Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə