Yayda Portuqaliyadan böyük ümidlərlə gətirilən Fernando Santuşu başa düşənlər də var, başa düşməyənlər də var. Bu ifadəni birmənalı işlətmədim. 70 yaşlı mütəxəssis Bakıya qədəm qoyduğu gündən onun dilini anlamaq müşkülə çevrilib. Bəzən “Qarabağ”ın tərcüməçisi Elvar Quliyev portuqaliyalıya yardım etsə də, daimi tərcüməçisi yoxdu. Məsələn, son vaxtlarda ona Nicat yardım edir. Üstəlik Santuşun ingilis dili biliyi də yüksək səviyyədə deyil.
Maraqlıdı, portuqaliyalının tərcüməçi problemi varmı?
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli sualımızı belə cavabladı:
“Tərcümə ilə bağlı problem yoxdu. Fernando Santuş ingilis dilində də danışa bilir. Məşq prosesində futbolçularla ingilis dilində ünsiyyətdə olur. Rahat şəkildə fikirlərini futbolçulara çatdıra bilir. Lakin mətbuat konfranslarında, ictimaiyyət qarşısında ana dilində - portuqal dilində danışmaq istəyir”.
RÖYANƏ OĞUZ




