Fernando Santuş Qəbələ şəhər stadionuyla tanış oldu

3.07.2024 17:10 398
Ölkə futbolu
Millimizin baş məşqçisi Fernando Santuş bu gün Qəbələ şəhərində olub.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə maraqlanıb.

Baş məşqçiyə stadion və məşq meydançalarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.