• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qəfil məğlubiyyət, gözlənilən günahkar axtarışı - YAZI

Manşet / Yazarlar

7-10-2024, 21:0

Ümumiyyətlə, “Qarabağ”ın son avrokubok oyunları ilə bağlı sual çoxdu.

İş ondadı ki, səbəbləri tapmaq üçün vaxt da yoxdu. Ağdamlılar artıq oktyabrın 3-də “Malmö” ilə oyuna çıxacaq. Çempionun qəddini düzəltməsi üçün gözəl şansdı. Sonra artıq gec olacaq.

Əlbəttə, mən Nostradamus-zad deyiləm, qəzetimizin ötən şənbə sayında dərc olunan bu yazının son abzasını iqtibas gətirməklə özümü gözə soxmaq da istəmirəm. Sadəcə, məni yandıran odu ki, doğrudanmı, Qurban Qurbanov hamının gördüyü problemləri görmür? Əlbəttə, bir baş məşqçinin hər uduzulan oyundan sonra “yaxşı komandayıq, daha yaxşı oynaya, daha yaxşı nəticə əldə edə bilərik”, - deyə manevr etməsini də anlayıram. Amma “Malmö” ilə oyun artıq “dibə vurmaq” idi. Odu ki, gəlin birlikdə belə acınacaqlı durumu şərtləndirən səbəblərin axtarışına çıxaq.

1-ci versiya: uğurdan doyub, çuxura düşmək. Bu məqamı qısaca belə ifadə etmək olar: ötən mövsüm “Braqa” və xüsusən də “Bayer-04” ilə duellərdə parlaq oyun göstərən, qitənin diqqətini çəkən “Qarabağ”ın futbolçuları bu mövsüm ÇL-in əsas mərhələsinə düşmək hədəfinə çatmadığından açıq-aşkar çəkisizliklik şəraitindədilər, özlərini heç cür mübarizəyə kökləyə bilmirlər. Bu iddianın yaşamaq haqqı var, ancaq futbolçunun əsl peşəkarlığı da məhz belə məqamda üzə çıxmalıdı, yəni motivasiyasızlıq özü də motivasiya rolunu oynamalıdı. Görünür ki, “Qarabağ”da bu yoxdu.

2-ci versiya: futbolçuların başını gicəlləndirən transfer təklifləri. Sirr deyil ki, uğurlu avrokubok mövsümünün ardından Juninyodan, Benzyadan tutmuş Toral Bayramovla Elvin Cəfərquliyevə qədər hər kəs sərfəli təklif almışdı. Hələ mən yeni müqavilə ətrafında şou yaradan və sonda hədəfinə çatan Zubiri demirəm. “Qarabağ” çətinliklə də olsa, son illərdə ilk dəfə heyətlə bağlı ciddi itki vermədi. Hələ üstəlik üçü qapıçı olmaqla bir neçə yeni transfer də etdi. Bu başqa məsələ ki, gələn qapıçılar keyfiyyətli deyil, Aleksey Kaşukun niyə alındığını heç kim bilmir, yetərincə qeyri-standart oyunçu olan Redon Cicaya ehtiyac yoxdusa, niyə satılmadı? Kəsəsi, transfer təklifləri “Qarabağ”da ab-havanı qarışdırdı və indiki durumu görəndə adam istər-istəməz düşünür ki, bəlkə elə getmələri daha yaxşı olardı.

3-cü versiya: heyətlə bağlı itkilər, xüsusən də Yankoviç – Veşoviç tandeminin meydanda olmaması. Monteneqroluların yoxluğu, əlbəttə, ciddi itkidi. Xüsusən də kreativ oyun baxımından seçilən Yankoviçin hələ indi-indi formaya düşür, onun potensialını tam ortaya qoya bilməməsi oyun sistemində axsaqlığa səbəb olur. Mateus Silvanın yoxluğunu xüsusi qabartmağ ehtiyac görmürəm. Ümumiyyətlə, “Qarabağ”ın az qala iki komandalıq heyəti var. Yəni srağagünkü fiaskonu şərtləndirən səbəblər sırasında heyət çatışmazlığını heç ilk “5-lik”də görmürəm!

4-cü versiya: Qurban Qurbanovun oyun üslubunun monotonluğu. Bu məqamla hardasa razılaşmaq mümkündü. Doğrudan da, yığcam oynayan istənilən komanda “Qarabağ”ın rəngarəng olmayan hücum cəhdlərinin qarşısını asanlıqla alır. Sürət hədsiz aşağıdı, kreativlik, qapıya orta və uzaq məsafələrdən zərbələr çatışmır, komandanın oyunun gedişində fərqli taktiki sxemlərdən yararlanmaq bacarığı aşağı səviyyədədi, bir sözlə, taktika ilə bağlı həm baş məşqçiyə, həm də futbolçulara ünvanlanası sual çoxdu.

5-ci versiya: “Qarabağ”ın yeni formata uyğunlaşa bilməməsi. Bu iddia ilə də hardasa razılaşmaq olar. UEFA ilk turda ÇL-i önə çəkməklə Avropa Liqasında yarışan komandaları ardıcıl iki həftə meydana çıxmağa məcbur etdi (sonrakı turlarda təqvim daha asandı, yəni oyunlar arasında ən azı iki həftə vaxt var). Hər həftə oynamaq yorğunluq, daimi uçuşlar deməkdi ki, Qurbanovun etirafına görə, “Qarabağ” bu yükün altından çıxa bilməyib. Onda məntiqlə növbəti turlarda vəziyyət bir qədər düzəlməlidi.

6-cı versiya: çempionatın səviyyəsinin aşağı olması. Təbii ki, bu dəlilin heç bir əsası yoxdu. “Qarabağ” ötən mövsüm də məhz bu çempionatda oynayırdı, bu mənada qeyri-adi heç nə baş verməyib, əksinə, mən rəqabətin bir qədər də artdığını deyərdim. “Neftçi”nin zəifliyi hələ rəqabətin aşağı düşməsi deyil axı. Bu başqa məsələ ki, Qurban bəy daimi rotasiya ilə Avropada bir, premyer-liqada başqa heyət oynadır. Bunun heç bir effekt vermədiyini etiraf etməyin vaxtıdı. Əksinə, futbolçular tonusdan düşür, ideal forma yığa bilmir. Yəni bu, futbolçuları zədədən “sığortalamağın” ideal yolu deyil!

7-ci versiya: komandada xarizmatik lider-kapitanın yoxluğu. Tam razılaşmaq olar. Bu gün sarğını qoluna taxan Zubir və Bədavi nəinki Rəşad Sadıqov, heç Maksim Medvedev səviyyəsində də xarizma deyil. Baş məşqçi komandanı oyuna hazırlayır, oyunöncəsi tapşırıqlarını verir, meydanda isə onların rəhbəri həm də kapitandı. Çətin məqamlarda önə çıxmalı və oyundaşlarını silkələməli, qəhrəmanlığa səsləməli olan kapitan. Təəssüf ki, indiki “Qarabağ”da bunu görmürük. Oyunu televizor arxasından izləyən adam da meydanda işlərin yolunda getmədiyini, hadisələrin belə axarının növbəti məğlubiyyətə səbəb olacağını görür. Amma həmin azarkeş-tamaşaçı oyunun axarına müdaxilə etmək baxımından nə qədər gücsüzdüsə, kapitan da onun qədər gücsüzdü. Bu isə artıq dəhşətdi!

Əlbəttə, turnirə iki məğlubiyyət başlamaq dünyanın sonu deyil. Hələ ki geridönüş etmək olar. Amma... İş ondadı ki, “Qarabağ”ın son 4 avrokubok matçında ortaya qoyduğu oyun gələcək adına ümid vermir. Bəs komandanı bu vəziyyətdən kim çıxara bilər? Təbii ki, Qurban Qurbanov! Yox, o da bacarmasa...

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

28-09-2024, 13:0

“Qarabağ”a nə olub? - KÖŞƏ

Yazarlar

2-10-2024, 19:0

Özünə qayıt, Juninyo! - YAZI

Yazarlar / Avrokuboklar

14-03-2024, 18:0

Baş verə kaş belə bir möcüzə... - YAZI

Aktual / Avropa Liqası

2-10-2024, 23:0

"Qarabağ", nəhayət, qələbə qazanmalıdı”

Manşet / Avropa Liqası

2-10-2024, 14:0

“Bəzi epizodlarda öz oyun tərzimizdən kənara çıxa bilərik” – Qurban Qurbanov

Manşet / Avropa Liqası

3-10-2024, 22:0

"Qarabağ"dan avrokuboklarda ardıcıl dördüncü məğlubiyyət - "Malmö" də sevindi

Aktual
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
“İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
Son xəbərlər
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 203
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 148
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 114
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə