• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurbanova verilən meydan - KÖŞƏ

Manşet / Yazarlar

7-08-2024, 18:0

Azərbaycanda üzdə olan siyasi fiqurlardan birinin maraqlı sözü var idi: “Yaxşı işlər yavaş-yavaş görülür”.

Elə atalarımız da belə deyiblər ki, insanı yaşadan ümiddi. Nəyinsə dəyişəcəyinə, yaxşı sonlula bitəcəyinə inanmasan, yaşamağa dəyməz. Bu cür ümid hissləri insanı tərk edəndə bədbinlik başlayır ki, həmin yolun sonu heç də yaxşı yerə aparmır. Məhz bu səbəbdən də həmişə yaxşıya ümid edirik, fikirləşirik ki, zamanla hər şey düzələcək. O cümlədən də Azərbaycan futbolu.

Elə son iki yazımda da Azərbaycan futbolunun problemlərindən, AFFA-nın yeni inkişaf strategiyasından, eyni zamanda da bütün bunların fonunda davam edən əcnəbi sevgisindən bəhs etmişdim. Vurğulamışdım ki, AFFA rəhbərliyinə yeni adamların gəlməsiylə hər şeyin yaxşıya doğru dəyişəcəyinə olan inamım yavaş-yavaş azalmaqdadı. Mən həmişə pozitiv olmağa, gələcəyə nikbin baxmağa çalışıram. Amma AFFA-nın yeni rəhbərliyi də millinin baş məşqçi postuna Berti Foqtsla Canni De Byazinin həmyaşıdı olan portuqaliyalı Fernando Santuşu gətirəndə, hakimlərimizin idarəçiliyi də belçikalıya tapşırılanda heç də ümidli ola bilmirəm. Əksinə, bütün bu ümidlərin, nikbinliyin yerini bədbinlik, ümidsizlik tutmağa başlayır. Yaxşı ki, başverənlərin fonunda kiçik də olsa, ümidverici qərara rast gəldik. İlqar Qurbanovun Azərbaycanın əsas millisinin direktoru təyin olunmasını nəzərdə tuturam. Bu qərar son günlər əcnəbilərə göstərilən tükənməz etimadın, açılan qucaqların miqyasında xeyli kiçik görünsə də, ürəyimizin dərinliklərində kiçik bir ümid işığı yandırır.

İlqar Qurbanov yaxşı futbol məktəbi görmüş, Azərbaycan miqyasında normal karyeraya malik biridi. Düzdü, əlinə düşən fürsətləri dəyərləndirə bilsəydi, yaxud da onun karyerasının ən vacib məqamları Mübariz Mənsimovun “Xəzər Lənkəran”a milyonlarla pul buraxmasıyla üst-üstə düşməsəydi, hər şey başqa cür ola bilərdi. Özünün də bu barədə bir neçə müsahibəsini oxumuşam, şəxsən də söhbətləşmişik. Bilirəm ki, onun “Fənərbaxça”da olduğu dönəmlər İstanbul təmsilçisinin bahalı legionerlərə etimadının artmasıyla üst-üstə düşüb. Belədə adlı-sanlı əcnəbilərə rəqabətdən qalib çıxmaq şansın da xeyli azalır. Məlum məsələdi ki, hər bir klub milyonlar xərclədiyi tanınmış legionerə daha çox şans verər, nəinki təcrübəsiz gənc futbolçuya. Evimizin içində bir çox məşqçidən “Nə üçün A komandasında gənclərə şans verməliyəm” sualını eşidirik, qaldı ki, “Fənərbaxça” kimi qarşısında böyük hədəflər qoyan klub ola. Ona görə də mən İlqar Qurbanovu “Fənərbaxça”dan ayrıldığına, orda əsas heyət üzvünə çevrilə bilmədiyinə görə qınaya bilmərəm.
Az əvvəl qeyd etdiyim kimi, onun Azərbaycana qayıdışında Mübarizə Mənsimovun “Xəzər Lənkəran”la bağlı planları da böyük rol oynayıb. Məlum məsələdi ki, Türkiyədə yaşayan milyonçu iş adamının cənub bölgəsində birdən-birə iddialı klub yaratmaq arzusu Azərbaycan futbolunda çoxlarının həyatını dəyişdi. O cümlədən də İlqar Qurbanovun. Bu səbəbdən də o vaxtlar xeyli gənc olan İlqarın “ağ-yaşıl” kluba gəlişini ciddi mənada geriyə atılmış addım da saymaq olmaz. Ölkənin 2-3 aparıcı klubundan birində oynamağı, eyni zamanda da yaxşı pul qazanmağı kim arzulamazdı ki?! Həmin vaxt “gəmiçilər”in heyətində xeyli səviyyəli legioner də çıxış edirdi ki, gənc Qurbanov üçün onlarla çiyin-çiyən oynamaq da bir şans idi. İllər sonra İlqar “Qarabağ”dakı sabit çıxışıyla səviyyəsini bir daha ortaya qoymağı bacardı, istedadını və gördüyü yaxşı məktəbi nümayiş etdirdi. Təəssüf ki, milli komandada karyerası heç də uğurlu alınmadı. 2004-cü ildə özbəklərlə oyunda fərqlənən gənc futbolçunun vurduğu qolu necə çılğınlıqla qeyd etməsi hələ də gözümün önündədi. Amma Foqtsla “ulduzu barışmayan” İlqarın millidəki oyun sayı, qazandığı şanslar elə də çox olmadı.

İndi İlqar Qurbanov milli komandaya başqa missiya ilə qayıdıb. Özü də xeyli ciddi. Ondan əvvəl milli komandada direktor postu olmadığından Qurbanovun konkret nə işlə məşğul olacağını demək bir qədər çətindi. Ümid edək ki, onu bu posta layiq bilənlər konkret iş tapşırıqlarını, səlahiyyt çərçivəsini də müəyyənləşdirib. İlqar Qurbanovun əvvəllər millinin skautu vəzifəsində çalışdığını, yeni işə başlamadan Fernando Santuşla görüşdüyünü nəzərə alanda, müəyyən “yol xəritəsi” gözümüzün önündə canlanır. İstənilən halda, bu təyinat gənc azərbaycanlı futbol mütəxəssisinə verilən meydandı. Əminəm ki, milli komandamız üçün xeyirli olacaq. Uğur olsun, Qurbanov!

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

6-01-2024, 11:0

“Həftədə maksimum bir dəfə məşq edə bilirik” – Əfran İsmayılovun “İnter”i hardadı?

Manşet / Yazarlar

26-07-2024, 11:0

AFFA-nın inkişaf strategiyası - KÖŞƏ

Ölkə futbolu / Manşet

2-04-2024, 11:0

"Yeni AFFA rəhbərliyinə uğurlar arzulayıram”

Ölkə futbolu

29-03-2022, 14:0

Gələcəyə getmək üçün... - KÖŞƏ

Aktual
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
Son xəbərlər
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
Daha çox
Oxunub: 218
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə