Dünən keçirilən qarşılaşmada əldə olunan uğur “qırmızı şeytanlar”a vaxtından əvvəl UEFA Çempionlar Liqası vəsiqəsini təmin edib. Bununla belə, mövsümün sonunda Karrikin komandada qalıb-qalmayacağı hələ də qeyri-müəyyəndi.
O, oyunsonrası mətbuat konftansında bu barədə açıqlama verib.
“Qalsam və ya getsəm, məyus olaram? Gözləmək lazımdı. Mən gələndə Çempionlar Liqasına qayıdış perspektivi kifayət qədər uzaq görünürdü. İndi isə mövsümün bitməsinə üç tur qalmış bu hədəfə çatmağımız böyük nailiyyətdi. Amma bu sadəcə bir addımdı və biz bunu həddindən artıq qeyd etməyəcəyik. Nə baş verəcəyindən asılı olmayaraq, klub və futbolçular üçün ən yaxşısını etməyə çalışacam. Gözləyək, görək nə olacaq”.





