• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gələcəyə getmək üçün... - KÖŞƏ

Ölkə futbolu

29-03-2022, 14:0

“Qırxında öyrənən gorunda çalar” – atalar sözü

Canni de Byazinin 65 yaşı var, Allah ona bundan sonra da cansağlığı və uzun ömür versin. Bizim tərəflərdə o yaşda adam ahıl sayılır, həmyaşıdlarını sərt karantin rejimində evdən çıxmağa qoymurdular. Bildirilirdi ki, onların koronavirus infeksiyasına yoluxmaq riski yüksəkdi. Özü də bu yaşda olan adamlar xəstəliyə yoluxsalar, sağalmaları xeyli çətin olacaq. 65 yaşdan yuxarı şəxsləri işə getməkdən də azad etmişdilər. Deyirdilər ki, siz evinizdə oturun, sağlam olun, maaşınızı da verərik. Bütün bunlara baxmayaraq, De Byazı yaşından qorxmadı, heç dünyanı bürüyən pandemiya da onun qarşısını kəsmədi. Mütəxəssis AFFA-nın çağırışına “hə” dedi, İtaliyadan Bakıya uçdu. Görünür, Azərbaycandan gələn təklif onun üçün xeyli cəlbedici olmuşdu. O qədər cəlbedici ki, koronavirusa yoluxmaq təhlükəsini gözə alıb, bu təklifə “yox” demək mümkün deyildi.

AFFA-nın De Byaziyə göndərdiyi çağırış onun üçün yeni olsa da, biz binəvalar belə çağırışlardan çox görmüşük. Daha doğrusu, belə çağırışlara ancaq uzaqdan-uzağa şahidlik etmişik, özümüzə belə çağırışlar olmayıb. Bizim illərlə yazdıqlarımız, dediklərimiz, verdiyimiz proqnozların hamısı sonda özünü doğruldub, amma bunlar AFFA-nın vecinə olmayıb. Adamlar bildiklərini ediblər. Bu baxımdan AFFA-nın 65 yaşlı italyan çalışdırıcıya yolladığı çağırış bizim üçün əvvəlkilərdən heç nə ilə fərqlənməyib. Bilmişik ki, dəyişən heç nə olmayacaq. Hanı alman Berti Foqts? Azərbaycandan sonra heç yerdə ona məşqçilik işi təklif edilmədi. Elə Nikola Yurçeviç də onun kimi. Vətənində qısamüddətli “Dinamo” təcrübəsini saymasaq, onun üçün millimizin baş məşqçi postu ilk idi. Necə ki, burdan ayrılandan sonra özünə heç yerdə iş tapa bilməyib. Bizimkilərin valeh olduğu Robert Prosineçki də yavaş-yavaş unudulmaqdadı. Etimadları doğrultmayan Robert sıradan bir məşqçiyə çevrilib, iddialı millilərdən və klublardan xeyli uzaqdı. Bugünlərdə Sloveniya “Olimpiya”sı ilə 1,5 illik müqavilə bağlayıb. Əlavə şərhə ehtiyac varmı? Elə De Byazi də onlar kimi. Sıradan biridi. Gətirib Azərbaycan millisinə calaq ediblər. Özü də yaxşı başa düşür ki, burdan gedəndən sonra heç kimə lazım olmayacaq. Ona görə də ikiəlli yapışıb AFFA-dan, burdan qovulana qədər heç yerə getməyəcək.

Malta ilə görüşdəki ruhsuz komanda da məşqçi kimi tükənmiş De Byazinin “sənət əsəri” idi. “Belə qarşılaşmalar bizim üçün yaxşı dərs olmalıdı” – bu sözləri italiyalı mütəxəssis Malta ilə oyundan sonra deyib. Normal ölkələrdə onu bu sözlərinə görə vətəninə yola salarlar. Amma bizdə heç ondan hesabat tələb edən də yoxdu. Adam iki ilə yaxındı Azərbaycanda gününü keçirir. Lüksemburqa, Maltaya uduzur və deyir ki, biz dərs alırıq. Biz bu sözləri Foqtsun, Prosineçkinin, Yurçeviçin dilindən o qədər eşitmişik ki. Bizimlə birlikdə onlar da dərs alırlar. Bu dərs nə vaxt qurtaracaq? Onu heç kim bilmir. Fərqimiz ondadı ki, biz bu dərsi ala-ala ölüb yerə giririk, xəcalət çəkirik. Onlar isə pul qazanır, milyonçu olurlar. Malta ilə oyun bir daha göstərdi ki, millinin De Byazi ilə birlikdə gələcəyi yoxdu. Ümumiyyətlə, bu gedişlə futbolumuza heç də xoş gələcək görünmür.

De Byazi bir müddət yığmaya gəncləri çağırırdı. Bəziləri yeni komanda qurmağımızdan, millinin simasının dəyişməsindən danışırdı. İndi o söhbətlər unudulub. Milliyə yenidən Eddi İsrafilov, Dmitri Nazarov, Riçard Almeyda, Bədavi Hüseynov çağrılıb. Rejissor Robert Zemekisin 1985-ci ildə çəkdiyi “Gələcəyə getmək üçün geriyə qayıtmalı” filmində olduğu kimi. Adama deyərlər ki, Azərbaycan millisini nə üçün eksperiment meydanına çevirmisiz? Niyə aldığınız bir ətək pulun qarşılığında hələ də normal heyət formalaşdıra, ortaya komanda çıxara bilməmisiz? Millinin vəziyyəti o qədər acınacaqlıdı ki, komandanın kapitanı Maksim Medvedev də De Byazinin taktikasından şikayət edir. Sitata diqqət yetirin: “Fərqli oyun sistemini lövhədə göstərmək mümkündü, meydanda tətbiq etmək isə çox çətindi”. Məncə, komandadakı vəziyyəti, De Byazinin məşqçi işini görmək üçün bundan yaxşı izah ola bilməzdi. Əmin olun ki, Latviya üzərindəki mümkün qələbə belə özümüzü aldatmaqdan başqa heç nəyə yaramayacaq. Azərbaycan futbolunda böyük dəyişikliklər olmalıdı. İdarəçilikdən tutmuş məşqçiyə qədər. Yaxşı gələcəyə başqa yolumuz yoxdu!

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
Son xəbərlər
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
Daha çox
Oxunub: 238
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə