Bilindiyi kimi, “Səbail”dən ayrılan Səlahət Ağayev “Qəbələ” ilə anlaşıb.
33 yaşlı qolkiperlə birillik müqavilə imzalanıb. Maraqlıdı ki, Ağayev 2022/23 mövsümündə də “Qəbələ”nin formasını geyib. Ötən mövsümü “dənizçilər”in heyətində keçirən, sonradan isə “Neftçi” ilə adı hallanan qapıçının 1-ci liqa klubuna keçidi təəccüb doğurdu. Bəs o, niyə belə seçim etdi?
Səlahət Ağayev fikirlərini “Football-plus.az” ilə bölüşdü:
“Əvəllər “Qəbələ”də oynamışam, rəhbərliklə münasibətim yaxşıdı. Buranı seçməyimdə əsasən baş məşqçi və kapitan ilə dostluq münasibətim rol oynadı. Kaxaber müəllim gənc yaşlarımda “İnter”də mənə çox inanır, şans verirdi. O vaxtdan bəri yaxşı münasibətimiz var. Sonra o, “qırmızı-qaralar”a keçdi. Bu yaxınlarda məni komandasında görmək istədiyini bildirdi, mən də müsbət yanaşdım. Ələlxüsus da kapitan dostum Asif Məmmədovum sözünü yerə salmadım və “Qəbələ”ni seçdim. İnanıram ki, yeni mövsüm mən və komanam üçün uğurlu olar”.
RÖYANƏ OĞUZ