Bilndiyi kimi, “Qarabağ” yeni qapıçı axtarışındadı. Hətta baş məşqçi Qurban Qurbanovun “Linkoln”la matçdan sonra “axtarışdayıq, iki gün əvvələ kimi bir qapıçı transfer edirdik, son anda alınmadı” deməsi bu yöndə ciddi işlərin getdiyindən xəbər verir. Məlum məsələdi ki, Qurbanov Lunyovun yerini doldurmaq potensialına malik qapıçı ilə Avropaya çıxmaq niyyətindədi.
Görəsən, “Ludoqorets”lə oyuna qədər yeni qolkiper gələcək? Ağdam klubunun baş meneceri Asif Əsgərovun “Football-plus.az”a cavabı: “Bu yöndə danışıqlar həmişə var. Amma müsbət nəticələnəndə hamı bilir. “Ludoqorets”lə oyuna kimi yeni qapıçı olmayacaq”.
Xatırladaq ki, “Qarabağ”la Bolqarıstan çempionu arasındakı ilk oyun avqustun 6-da “Tofiq Bəhramov”da keçiriləcək.
RÖYANƏ OĞUZ