• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bayramdı, özü də ən yaxşısından! - YAZI

AÇ / Yazarlar

26-06-2024, 23:0

1986-cı ildən bəri yığmalar səviyyəsində keçirilən bütün böyük turnirləri izləyən adam kimi şəhadət verə bilərəm ki, indi Almaniyanın yaşıl meydanlarında son 38 ilin ən maraqlı turnirlərindən birini, bəlkə də birincisini izləyirik.

“Football-plus.az” xəbər verir ki, bir futbol azarkeşinin özünü xoşbəxt, məmnun hiss etməsi üçün hər şey var. Möhtəşəm oyun səviyyəsi, son ana qədər gedən mübarizə, yetərincə yüksək məhsuldarlıq, ideal hakim qərarları, VAR-la bağlı obyektiv və operativ qərarlar, kiçik toqquşmaları (qonşularımız – türklərlə gürcülər, bir də serblərlə ingilislər seçildi) çıxmaq şərti ilə tribunalarda yaşanan bayram ab-havası... Futbol bayramının gerçək mənzərəsini açmağa xidmət edən başqa səbəb-şərt həlqələri də tapa bilərəm. Amma turnirlə bağlı önəmli məqamlara toxunaq.

Diqqətimi çəkən ən önəmli məqam odu ki, bütün komandalar qitə birinciliyinə sanki tarixinin sonuncu böyük turniri kimi yanaşır. Bilmirəm, bəlkə də 3-cü dünya, nüvə savaşının yaxında olması, axır-mənşərin yetişməsi ilə bağlı intensivləşən xəbətlər şüuraltı səviyyədə hər kəsə - futbolçulara da, komandalara da təsir edir, onları qəhrəmanlığa sövq edir. Debütant Gürcüstandan tutmuş ən titullu Almaniyaya qədər hər ölkənin yığması oyuna ölkəmizin uşaq məşqçiləri üçün xarakterik olan “indi və bu dəqiqə” prinsipi ilə yanaşır, məğlubiyyəti az qala faciə kimi qarşılayır. Ənənəvi favoritlər, onların statusu ilə barışmaq istəməyən İsveçrə, Rumıniya, Slovakiya, Avstriya, Çexiya, özünəməxsus Albaniya var.

Nədən AÇ bu qədər xoş təsir bağışlayır? Şübhəsiz, ilk növbədə zaman amili önə çəkilməlidi. Xüsusən də Qətərdə qışda keçirilən sonuncu mundialın fonunda. Avropada futbol mövsümünün ortasına salınan turnir futbol ictimaiyyətinin əksər təbəqələrini məmnun etmədi və edə bilməzdi də. Bu dəfə isə iştirakçılar, yəni futbolçular mövsümdən sonra normal toplanış və yoldaşlıq oyunları keçirməklə Almaniyaya təşrif buyurub, yəni böyük turnirlərin təşkili ilə bağlı klassik, qəlibləşmiş standartlara əməl olunub.

Girişdə yetərincə yüksək məhsuldarlıq ifadəsini boşuna işlətmədim. Doğrudan da, futbolun bəzəyi qoldu! 1-ci turun 12 oyununda 34 qol vurulub ki, bu da orta hesabla 2,83 qol deməkdi. Elə 2-ci tur da yaxşı başlayıb, mən bu sətirləri yazanda qolsuz bitən oyun yox idi. Tendensiya davam edərsə, futbol tarixinin ən məhsuldar turnirlərindən birinin şahidi olacağıq.

İdarəçilik o qədər yüksək səviyyədədi ki, adam hətta gözə gətirməkdən çəkinir. Avropalı hakimlərin bəlli səviyyəsi var, bu öz yerində. Amma bu dəfə meydandakı hakimlərlə VAR-da oturanlar da ideal anlaşırlar, faktiki heç bir fikir ayrılığı yaranmır. Görünür, bu həm də topların əllə oyunun və ofsaydın tez aşkarlanmasına yardım edən xüsusi sensorlarla təchiz olunması ilə bağlıdı. Bir epizodu – Belçika yığmasının ulduzu Lukakunun Slovakiya ilə oyunda vurduğu, sayılmayan 2-ci qolu yadınıza salmaq istəyirəm. Openda Lukakuya ötürmə verməmiş topa yüngülcə əllə toxunmuşdu, amma bu məqam hakimlər briqadasının gözündən qaçmadı.
Bütün bu tərifləri oxuyandan sonra deyəcəksiz ki, yəni turnirin heç bir qüsuru yoxdu? Şəxsən mən uzaqbaşı tribunalardakı ara-sıra gözə dəyən boşluqları önə çəkərdim. Axı Almaniyanın stadionlarında oyunu izləmək o qədər rahatdı ki, belə turnirdə, sadəcə, boş yer qalmamalıdı.

...Hə, bir də könlümü açmayan yığmamızın yoxluğudu ki, bu da dünyaya yox, özümüzə aid problemdi.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-03-2024, 14:0

Yığmalar səviyyəsində yeni rekord!

Manşet / Avropa Liqası

23-09-2023, 13:0

“Hakim sözün həqiqi mənasında meydanın hakimi idi”

Dünya futbolu

28-05-2024, 10:0

Kroos ilə birgə köhnə məktəbin ruhu da gedəcək

Dünya futbolu

14-07-2022, 16:0

Özil imza mərasimində ''Fənərbaxça'' haqda nə dedi?

Aktual
“Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
“Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
Son xəbərlər
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 236
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə