• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Milli dərd - KÖŞƏ

Yığma / Manşet

11-06-2024, 13:0

“İşçi Qrup millinin yeni baş məşqçisiylə bağlı qısa siyahı hazırlayıb və məşqçilərlə danışıqlar aparıb. Bu iş yekunlaşmaq üzrədi. İcraiyyə Komitəsi məsələni rəsmiləşdirəcək. Növbəti iclaslarda bu mövzu müzakirəyə çıxarılacaq” - Rövşən Nəcəf bu sözləri AFFA-ya yeni prezident seçildiyi gün – aprelin 2-də demişdi.

İndiyə qədər iki aydan çox vaxt keçsə də, hələ ki bu istiqamətdə hansısa yenilik yoxdu. Nə İşçi Qrupun fəaliyyətinə xitam verilib-verilmədiyi bəllidi, nə də adı siyahıda olan namizədlərlə danışıqların hansı mərhələdə olduğu. Sadəcə, İcraiyyə Komitəsinin iyunun 3-də keçirilən iclasında bu məsələnin müzakirə olunduğu və ictimaiyyətə əlavə məlumatın veriləcəyi deyildi. Yenə də soraq yoxdu, gözləmə mövqeyindəyik. Bəzi saytların mövzuyla bağlı iddialarını oxumaqla baş qatırıq. Həmçinin Rövşən bəy vaxtın çox olmadığını və yeni baş məşqçinin adına tezliklə aydınlıq gəlməsinin vacibliyini vurğulamışdı. Görünür, AFFA rəhbərliyi “bu günün işini sabaha saxlamayaq” prinsipiylə yox, “tələsən təndirə düşər” düşüncəsiylə addımlamaq niyyətindədi. Bəlkə elə inkişaf üçün yol xəritəsinin hazır olmamasının səbəbi də budu. Ən azı bədbin düşünməmək üçün hadisələrin axarına pozitiv yanaşmağa məcburuq. Bu öz yerində.
Bəs görülən işlərin yekun nəticəsini özündə əks etdirəcək milli niyə bu yöndə ümidləri artırmaq əvəzinə azaldır? Günah ümidlənəndədi, yoxsa ümidlərin qatilində? Niyə millimiz qürur mənbəyimiz olmaq əvəzinə dərdləndirir?!

Yəqin ki, yığmamızın Albaniyaya uduzduğu (1:3) oyunu kiçikdən-böyüyə hər kəs izləyib. Düzü, bir könüldən min könülə yığmamızın qələbə qazanmasını arzulasam da, belə olmayacağını hiss edirdim. Hər halda, bunun üçün münəccim olmağa ehtiyac yoxdu. Məhz bu matçda meydanda olan futbolçuların əksəriyyəti ya zədədən qayıtmışdı, ya öz klublarında şans görmürdü, ya da fürsəti olduğu halda ciddi nailiyyət qazanmamışdı. Məsələn, azarkeşlərin Şahruddin Məhəmmədəliyevin biabırçı səhvlərindən cana doyduğu bəllidi. Çoxu “çərçivə”də fərqli sima görmək istəyir. Formada olmayan, zədəli olduğuma görə təxminən 5 ay yaşıl meydana həsrət qalan Mahirin qapıya zərbələri həyəcan yaratmır. Hələ Ramil Şeydayevi demirik. Türkiyə “Kocaelispor”unda çıxış edən futbolçu millidəki çıxışından sonra yenidən qardaş ölkədə gündəmə gəlib. Türk azarkeşlər “bu futbolçudusa, mən kosmonavtam”, “azərbaycanlılar bizim qardaşlarımızdı, lap yaxşı, lakin Ramil nə “Kocaelispor”dan aldığı maaşı haqq edir, nə də millinin start heyətində forma geyməyi” kimi rəylər yazıb. Yarımmüdafiəçilərimizin durumu da ürəkaçan deyil. Aleksey İsayev “Sabah”ı “Qarabağ”a dəyişəndən sonra ümidləri doğrultmadı. Ağdamlılarla birgə nəinki yaxşı oyun tərzi göstərir, hətta performansında eniş hiss olunur. Coşqun Diniyevin vəziyyəti də eynidi. Düzdü, Türkiyə “Ümraniyəspor”undakı çıxışıyla digər legionerlərimizdən fərqlənir. Lakin buna yığmada nail olmaq onun üçün çətin görünür. Emin Mahmudovu da unutmayaq. Həm millimizin, həm də “Neftçi”nin kapitanı son illərin ən bərbad performansı və nəticəsiylə gündəmdədi. Arxa xəttin, demək olar ki, daimi üzvləri Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov və Rahil Məmmədovun da həmin yoldaşlıq oyununda təriflənəsi səviyyədə çıxış etmədiyini bilirik. Bu durumda olan millinin qələbə qazanması, təbii ki, sürpriz olacaqdı. Rəqib AÇ-2024-ün iştirakçısı Albaniyadısa və həmin oyun hazırlıq dönəminin sonuncusudusa, şanslarımızın minimuma endiyi sirr deyil.

Görəsən, biz nə vaxt yığmamızın uğurlarını qəzetimizin səhifələrində bəh-bəhlə tirajlayacağıq? Oyundan sonra İspaniyanın AS, Albaniyanın VOX nəşrlərinin yazılarını oxudum. Maraq üçün qeyd edim ki, VOX ölkələrini təmsil edən komandanın iki yoldaşlıq oyununda 6 qol vurduğunu (albanlar təlim-məşq toplanışı çərçivəsində Lixtenşteyni də məğlub edib – 3:0 – red.), Broja və Bayraminin çox yaxşı oyun sərgiləyərək komanda üçün faydalı olduqlarını qeyd edir. AS isə Bəhlul Mustafazadənin yalnışından sonra qapımıza vurulan qolu qabardırsa, Bayramini tərifləyir. Nəşr yığmamızın Albaniya üçün səviyyəli rəqib olmadığını yazır. Emin Mahmudovun çıxışına xüsusi toxunaraq kapitanın yetərsiz olduğunu bildirir. Bəs bu mövzuya necə anlayışlı, pozitiv yanaşaq? Axı millinin uğuru milli qürur sayılırsa, dərdi də milli dərdimizdi və bütün sahələrə təsir göstərir! İndiki durumda nə oyundan razı qalmağa haqqımız var, nə də nəticədən...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

4-04-2024, 16:0

İşçi qrupun İcraiyyə Komitəsinə təqdim edəcəyi siyahıda kimlər olacaq? – Vaqif Sadıqov belə dedi

Ölkə futbolu / Manşet

1-05-2024, 15:0

“Bu məsələ mayda həllini tapmalıdı” – Vaqif Sadıqov

Aktual / Ölkə futbolu

2-04-2024, 13:0

"Müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb" - Rövşən Nəcəf

Yığma / Manşet

5-01-2024, 15:0

Vaqif Sadıqovdan millinin baş məşqçisiylə bağlı yayılan iddialara CAVAB - Bəs Andrey Şevçenko?

Manşet / Yazarlar

27-05-2024, 12:0

Nə vaxta qaldı? - YAZI

Ölkə futbolu / Manşet

13-05-2024, 11:0

AFFA milliyə baş məşqçi təyin olunmasının gecikmə səbəbini açıqladı

Aktual
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
Son xəbərlər
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Dünən, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Dünən, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Dünən, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Dünən, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 203
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 181
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 152
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə