• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın böyük uğurlarının əsas sirri - KÖŞƏ

Manşet / Yazarlar

7-06-2024, 17:0

Gözlənildiyi kimi, “Qarabağ” ölkə kubokunun finalında “Zirə”ni məğlub etməklə mövsümü “qızıl dubl”la bitirməyi bacardı. “Köhlən atlar” hələ premyer-liqanın ikinci dövrəsi bitəndən sonra növbəti çempionluğu bayram edəcəyinin siqnallarını vermişdi. Çox az adam şübhə edərdi ki, qızıl medallara gedən yolda “köhlən atlar”ı kimsə büdrədə bilsin. “Kəpəz”lə “Bəhramov”da keçirilən qarşılaşma gözlənilən çempionluğun rəsmiləşməsi ilə əlamətdar oldu. Bundan sonra “Qarabağ”ın hansı temp, hansı motivasiya ilə çıxış edəcəyi maraqla gözlənilirdi. Zaman göstərdi ki, Qurban Qurbanov futbolçularını formada saxlamağı, onların motivasiyasını daim yüksək tutmağı bacardı. Düzdü, bəzi qarşılaşmalarda “Qarabağ” xal itirdi. Amma hətta həmin oyunlarda belə ağdamlıların meydana qələbə üçün çıxdığı, futbolçuların mübarizədən qopmadığı hiss olunurdu.

Elə “Qarabağ”ın ölkə kubokunun finalına yüksəlməsi də bu mənada həm Qurban Qurbanov, həm də onun futbolçuları üçün əlavə motivasiya mənbəyi sayılmalıdı. Çünki Qurban bəy futbolçuları tonusda saxlamaqla kubokun həlledici qarşılaşmasına da mübariz heyət çıxmağı hədəfləyirdi. Hiss etmək çətin deyildi ki, çalışdırıcı özü də mövsümü “qızıl dubl”la bitirmək əzmindədi, “Zirə”yə hansısa güzəşt olmayacaq. Mərdəkandakı final qarşılaşmasını izləyənlər də bu əzmkarlığa, mübarizə həvəsinə bir daha şahid oldular. Qapıçı Lunyovdan tutmuş hücumçu Juninyoya qədər hər kəs üzərinə düşəni etməyə çalışır, mövsümün vacib oyununda səhvə yol verməmək üçün əlindən gələni əsirgəmirdi. Elə hesabın açıldığı epizod da dediklərimin isbatıdı. Etibarlı qapıçısı və keçilməz müdafiə xətti ilə öyünən “Zirə”yə müdafiənin mərkəzindən qol vurmaq elə də asan iş deyil. 42-ci dəqiqədəki epizodda Juninyo topu çox peşəkarcasına qəbul etdi, onu istədiyi kimi rahatladı və elə əsl bombardir bacarığıyla hesabı açdı. Bu qol “Zirə”nin də planlarını pozdu. Bilənlər bilir ki, futbolda fasilə ərəfəsində hesabın açılmasına “paltardəyişmə otağına gedən yolda vurulan qol” deyirlər. Həmin qolun psixoloji ağırlığı qolu buraxan tərəfi təzyiq altına salır, oyunun sonrakı axarına və taktiki dəyişikliklərə təsir göstərir.

Düzdü, “Zirə” cavab qolunu vurmağı, hesabı bərabərləşdirməyi bacarmışdı. Bu qol həm də onun göstəricisi idi ki, Rəşad Sadıqovun çalışdırdığı komanda ölkə kubokunun finalına əbəs yerə yüksəlməyib. Elə çempionatda “Qarabağ”ın ən yaxın izləyicisi olması da qəsəbə təmsilçisinin layiq olduğu pillədi. Künc zərbəsindən sonra Zubirin fərqlənməsi, “Qarabağ”ın final qarşılaşmasını qalib bitirməsi isə əsl səviyyə fərqinin göstəricisidi. “Qarabağ” bir daha Azərbaycanın ən yaxşı klubu olduğunu, başqalarını xeyli ciddi fərqlə üstələdiyini nümayiş etdirməyi bacardı. “Qarabağ” illər öncə əkdiyi, klub rəhbərliyinin və baş məşqçi Qurban Qurbanovun həssaslıqla becərdiyi ağacın meyvələrini yeməkdədi. Biz yaxşı bilirik ki, bu uğurlar bir günün, yaxud da bir ayın işi deyil, “köhlən atlar” bu zirvəyə yüksələnə qədər xeyli enişli-yoxuşlu yollardan keçiblər, bir ailə kimi möhkəmlənib, peşəkarlaşıb, sözün əsl mənasında peşəkar kluba və vahid komandaya çevriliblər.

Final qarşılaşmasından əvvəl yaşananları bir daha xatırlayaq. “Qarabağ”ın kapitanı Maksim Medvedev karyerasını bitirir, “böyük futbol”la vidalaşırdı. Onu layiqincə yola salmaq üçün klubun prezidenti Tahir Gözəllə Əmrah Çəlikəl meydana çıxdı, Makimə xatirə hədiyyəsi təqdim etdilər. Bütün ölkənin gözləri qarşısında Maksim Medvedev “Qarabağ”ın ad-sanına, onun kapitanına layiq şəkildə yola salındı. Biranlıq təsəvvür edək ki, ölkənin ən qocaman klubu “Neftçi”nin kapitanı Emin Mahmudov futbolla vidalaşırdı, onu yola salmaq lazım gəlirdi. Meydana kim çıxacaqdı, Mahmudova klubun təşəkkürünü kim çatdıracaqdı? Bəlkə də xırda epizod kimi görünür. Amma yetərincə düşündürücü məqamdı. Son illərdə az qala hər mövsüm “Neftçi”də baş məşqçilərlə yanaşı, rəhbərlik də dəyişir. Bilmirik ki, bu komandada məşqçi seçiminə, futbolçu seleksiyasına, ümumiyyətlə, yürüdülən siyasətə kim cavabdehdi. Komanda qalib də gələr, uduzar da. Bunlar futbolun içində olan şeylərdi. Amma ondan daha əvvəl peşəkarlaşmaq, işə ciddi yanaşmaq, klubu şəffaf idarə etmək lazımdı. Əks təqdirdə uğur da ötəri olacaq, davamı gəlməyəcək. Necə ki, biz “Neftçi”nin timsalında bunu görmüşük.

Öyrənmək heç vaxt gec deyil. Dəfələrlə demişik, bir daha təkrarlayaq. Azərbaycanın digər klubları yaşlarına, pullarının çoxluğuna baxmayaraq, “Qarabağ”dan öyrənməlidilər. Zaman sübut etdi ki, böyük uğurlar qazanmaq üçün təkcə milyonların aşıb-daşdığı büdcə də önəmli deyil.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

30-01-2024, 18:0

“Qurban Qurbanovun məqsədi “qızıl dubl”etməkdi” - “Qarabağ”ın iddiası böyükdü?

Premyer-liqa / Manşet

4-06-2023, 10:0

"Qarabağ"ın yeni layihəsi Qurban Qurbanova problem yaradır

Premyer-liqa / Manşet

17-05-2024, 22:0

“Qarabağ”dan qələbə - YENİLƏNİB

Ölkə kuboku

30-04-2022, 11:0

Qurban Qurbanov üçün əlamətdar oyun

Aktual
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
Son xəbərlər
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 19:18
    "Sabah" KuPS ilə üz-üzə - YENİLƏNİR
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə