2022/23 mövsümünün qalibi olan "Qarabağ" qarşıdakı "futbol ili" üçün hazırlığa başlayıb.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın əsas hədəfi bu il Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqdı. Qurban Qurbanov bunun üçün heyət formalaşdırmaq niyyətindədi. Lakin təcrübəli mütəxəssis bu məsələ ilə bağlı problemlə izləşib. Belə ki, klub rəhbərliyi transfer büdcəsini azaldıb. Buna səbəb "köhlən atlar"ın akademiya tikməsidi. "Azərsun Holdinq" büdcəni bu istiqamətdə xərcləmək istəyir. Çünki "köhlən atlar" bir an öncə akademiyanın fəaliyyətə başlamasını istəyir.. Bu səbəbdən də transfer büdcəsi azalıb. Əvvəllər 500-700 min avro dəyərində futbolçular axtaran "Qarabağ"da indi vəziyyət fərqlidi. Düzdü, köhlən atlar" bu mövsüm üçün azı 4 transfer edəcək. Lakin həmin futbolçuların maksimum dəyəri 300-400 min avro olacaq.
İLKİN SULTANLI