Qurban Qurbanov üçün əlamətdar oyun

30.04.2022 11:32 465
Ölkə kuboku
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

50 yaşlı mütəxəssis Ağdam klubunu bu turnirdə 60-cı matça çıxarıb. 2008-ci ildən bu komandaya rəhbərlik edən çalışdırıcının kollektivi 39-cu qələbəsini 5 cavabsız qolla qazanıb.

“Qarabağ” Qurbanovun rəhbərliyi altında 15 heç-heçə edib və yalnız 6 dəfə uduzub. Bu qarşılaşmalarda ağdamlılar 111 qol vurub, 30-nu buraxıb.