• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bir səbəb də odu ki, qol duyumunu məşq etdirməklə öyrədə bilməzsən” - Aslan Kərimov

Ölkə futbolu / Manşet

17-01-2024, 22:0

Misli premyer-liqasının bombardirlər siyahına baxanda bir məqam dərhal diqqəti çəkir.

Siyahının ilk altı pilləsində heç bir azərbaycanlı futbolçu yoxdu. Olavio Juninyo 13 qolla siyahının önündə qərarlaşıbsa, ən yazın izləyicisi Aleksanr Ramalinqom 7 dəfə fərqlənib. Daha 4 futbolçunun hesabında isə 6 qol var. Bəs futbolumuzda belə mənzərənin yaranmasının səbəbi nədi? Görəsən, yerli futbolçular qol duyumunu niyə itirib? Bu sualların cavabını təcrübəli mütəxəssis Aslan Kərimovla söhbətdə tapmağa çalışdıq:

“Ümumiyyətlə, Avropa futboluna da baxsaq, bütün hücumçuların, bombardirlərin legionerlər olduğunu görəcəyik. Çox nadir hallarda yerli oyunçuların bombardir olduğunu görərik. Bunun səbəbi UEFA tərəfindən də araşdırılmışdı. Məsələn, bir müddət Almaniyada bütün forvardlar legionerlər idi. Bütün mövqelərdə yüksək səviyyəli oyunçular yetişdirə bilmələrinə rəğmən, hücumçu mövqeyi baxımından axsayırdılar. Futbolun öyrədilməsi, maarifləndirmə baxımından bütün dünyada Avropa ən üstün sayılır. Fəqət avropalılar üçün də hücumçu mövqeyinə oyunçu yetişdirmək çətindi. Buna görə də Latın Amerikasından gələn futbolçular həmişə bombardir olurlar. Bunun bir neçə səbəbi var. Bir səbəb də odu ki, qol duyumunu məşq etdirməklə öyrədə bilməzsən. Bu duyum lap uşaqlıqdan - küçədə futbol oynadığın yaşlardan formalaşır. Buna vergimi deyək, qabiliyyətmi deyək, istedadmı deyək - bilmirəm. Çünki bu bacarığı hələm-hələm kiməsə aşılamaq olmur. Ona görə də bir çox Avropa klubları daha çox legionerlərə və ya qol duyumu yüksək olan futbolçulara üstünlük verirlər. Bizim çempionata gəlincə, akademiyalarımızın bir çox ideal oyunçu yetişdirdiklərini və təkcə hücumçu yetişdirə bilmədiklərini deyə bilmərəm. Ümumiyyətlə, bizim akademiyalarda oyunçu yetişdirməklə bağlı bir neçə problem var. Bunlardan biri məşqçi çatışmazlığı olsa da, ən önəmlisi infrastruktur problemidi. Azərbaycan futbolunun ən böyük çatışmazlıqlarından biri akademiya səviyyəsində, yəni uşaq və yeniyetmə səviyyəsində infrastrukturumuzun həddən artıq zəif olmasıdı. Bu gün nə qədər stadionumuz var. Lakin bu stadionlar məşq yox, oyun üçündü. Həftədə bir dəfə A komandası orda oyun keçirir. Normal inkişaf üçün hər akademiyanın minimum 4 meydançası olmalıdı. Bu üzdən “bizim akademiyalarda futbolçular var” deyə bilmərəm. Ancaq onu qeyd edə bilərəm ki, çempionatımızda olan bütün komandaların qələbə qazanmaq üçün həmin qoleadorlara ehtiyacı var. Yəni bizdə gənc, perspektivli hücumçular var, hətta hazırkı vəziyyətdə premyer-liqada oynaya bilrələr. Amma söhbət hansısa məqsədə çatmaqdan gedirsə... Məsələn, “Neftçi”, “Qarabağ”, “Sabah” , “Zirə” və digər komandalarımız ilk “dördlük”də olmağa çalışırlar ki, avrokuboklara vəsiqə əldə edə bilsinlər. Hələ elə bir klub görməmişəm ki, qarşısına qoyduğu məqsəd yalnız oyunçu yetişdirmək və ya yetişdirib satmaq olsun. Heç bir klub buna iddialı deyil. Ona görə də məcburdular ki, perspektivli futbolçunu qırağa qoyub, legioner gətirsinlər. Əlbəttə, burda legioner seçiminin doğru olub-olmaması önəmlidi. Bir var perspektivli yerli oyunçunu oynadasan. Sözsüz, o oyunçu ilk vaxtlar çoxlu səhvə yol verəcək və çempionatda uzun müddət bombardir olası deyil. Bundan ötrü müntəzəm oynaması lazımdı. Ona görə də bombardirlər siyahısında yerli futbolçular 5-6-cı pillədən sonra gəlir. Amma xatırlayırsızsa, bəlli bir dönəmdə Mahir Emreliylə hansısa legioner, əsasən də “Qarabağ”da oynayan futbolçular bu üstünlüyü əldə edə bilirdi. Ümumilikdə bu problem ölkə çempionatında qoyulan məqsədlərlə bağlıdı. Yerli futbolçuların bombardir ola bilməməsinin əsas səbəbi sadaladıqlarımdı”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-12-2023, 23:0

Bölgə klubları niyə autsayder statusu ilə barışıb?

Premyer-liqa / Manşet

9-01-2023, 19:0

"Uşaq futbolu arzuolunan durumda deyil"

Premyer-liqa / Manşet

4-12-2023, 21:0

“Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

23-06-2022, 20:0

Cavid Hüseynov premyer-liqada baş məşqçi işləyə bilər? - AÇIQLAMA

Aktual

10-07-2022, 19:0

“Əminəm ki, həm Qurban müəllim, həm də futbolçular bundan nəticə çıxarıb”

Aktual
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Son xəbərlər
  • Bu gün, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Bu gün, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Bu gün, 20:33
    MY-də yeni qapıçı
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə