Çərşənbə axşamı “Qarabağ” Çempionlar Liqasında taleyüklü oyuna çıxacaq. “Lex”lə cavab görüşü ərəfəsində Aslan Kərimovun fikirlərini öyrənməyi lazım bildik.
Aslan Kərimov: "Fikrimcə, birinci oyundakı kimi, cavab matçında da sürətli, intriqalı, maraqlı futbolun şahidi olacağıq. İlk dəqiqələrdən "Qarabağ" irəli atılaraq erkən qol axtarışında olacaq. Amma bu o demək deyil ki, müdafiəni yaddan çıxarmaq lazımdı. Poznandakı oyunda rəqib müdafiəmizdəki ani boşluğu görüb fürsəti dəyərləndirdi. Əminəm ki, həm Qurban müəllim, həm də futbolçular bundan nəticə çıxarıb. Patrik Andradenin yoxluğu da özünü göstərdi. Universal futbolçu idi. Amma bunu faciəyə çevirməmək, həmin boşluğu heyətdə yer alan başqa futbolçular ilə doldurmağa çalışmaq lazımdı. "Qarabağ"ın start heyətində ciddi dəyişikliyin olacağını da düşünmürəm. Maksimum bir-iki rotasiya ola bilər. “Qarabağ” rəqibini üstələyib növbəti mərhələyə keçəcəyinə inanır. Mən də komandaya uğurlar arzulayıram. Amma birmənalı şəkildə biri forvard olmaqla yeni futbolçular lazımdı. Klubun büdcəsinin bunu qarşılayacağını deyə bilmərəm, amma ən azı Dino Ndlovu, Pedro Enrike səviyyəsində futbolçu cəlb olunmalıdı. Bu yöndə problem çempionatımızın səviyyəsinin aşağı olması ilə bağlıdı. Premyer-liqamızda çıxış etmək arzusunda olan legionerlər azdı. Amma nikbin olub inanaq ki, həm "Qarabağ" adına layiq transferlər edəcək, həm də çempionatımızda səviyyəli legionerlər görəcəyik".
ABDULLA İSMAYILOĞLU