Rusiya Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsinin iclasında bu ölkənin idmançılarından Veronika Jilina ilə Aleksandr Plyuşenkonun Azərbaycan bayrağı altında çıxış etməsinə icazə verildiyini xəbər vermişdik. Gözlənilən kimi olub: bu qərar qonşu ölkənin idman ictimaiyyəti arasında ciddi əks-səda doğurub.
Bir tərəfdən, Ukrayna torpaqlarını işğal etmək üçün müharibəyə başlayan Rusiyanın idman ictimaiyyəti dünyadan təcrid olunduğunu və perspektivli idmançıların yolunu kəsməyin mənasızlığını anlayır. Digər tərəfdən isə hələ də kürəklərini yerə vurmaq istəmirlər, belə itkilərlə barışmırlar.
Onları daha çox yandıran məqam sosial şəbəkələrdə izləyici sayına görə Rusiyanın ən populyar konkisürəni Aleksandrın (o, ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludu) məhz Azərbaycanı seçməsidi. Yanvarda 13 yaşını tamamlayan Aleksandr artıq yeniyetmələr arasında beynəlxalq yarışlarda çıxış edə bilər.
Rusiyada bu yöndə müzakirələr o qədər genişlənib ki, kiçik Plyuşenko media vasitəsi ilə izahat verməli olub: