“Tovuz stadionunda iş başa çatmayıb” – Nəsimi Paşayev

1.06.2026 17:56 137
Ölkə futbolu / Aktual
Tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazanan “Turan Tovuz” ev oyununu məhz doğma şəhərdə keçirmək istəyir. Bunun üçün stadionda müxtəlif işlər görülür.

Mayın 25-də stadiona baş çəkən UEFA-nın stadion inspektoru Skott Struthers orda görülən işlərlə tanış olmuşdu. Hazırda durumun nə yerdə olduğunu öyrənmək üçün "Hünər Group" şirkətinin PR və marketinq departamentinin direktoru Nəsimi Paşayevlə əlaqə saxladıq:

“İşlər başa çatmayıb. Hələ də davam edəcək. Çünki inspektor gəlib, görülən işlə tanış olub, bəzi tövsiyələr verib. Bunlar yerinə yetiriləcək. Ən qısa müddətdə başa çatdırmağı planlaşdırmışıq. Hazırda hansısa gecikmə, problem yoxdu. İşlər öz axarıyla davam edir. Tezliklə bütün tələblər yerinə yetiriləcək”.

İSRAYIL XEYRULLAYEV

P.S. Bu açıqlama “Turan Tovuz”un Konfrans Liqasından kənarda qalacağı ilə bağlı xəbərdən əvvəl alınıb.