• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cəhalətdən doğan təxribat

Ölkə futbolu / Yazarlar

22-11-2023, 18:0

Kursantlıq illərim ifrat milliyətçiliyimin baş alıb getdiyi vaxtlar idi.

Etnik türk olmayanlara nifrətim qalaktika qədər idi. Bu, ləzgilərə qəzəbimdə özünü daha əyani göstərirdi. Tez-tez ləzgi kursant yoldaşlarımla da qarşıdurmalara gedir, onların hamısını separatçı sayırdım. Söz yox ki, ölkəmizdə "sadvalçı" düşüncəli ləzgilər az deyil, Ali Hərbi Məktəbdə və orduda “kök atanlar” da yetərincədi. Amma və lakin, zamanla anladım ki, hansısa etnik qrupun içində müəyyən iyrənc, separatçı kəsimin olması heç də həmin etnik qrupun tam pis olması anlamına gəlmir. Bu işdə ən çox gözümü açan insanlardan birincisi etnik mənşəcə avar olan, amma özünü türk sayan, rüşvətə nifrət edən, imtahanlarda başqasından köçürənlərə rəhm etməyən, qısası, xalqımızı maarifləndirmək və güclü dövlətə sahib olmağımızı istəyən Adil müəllim oldu. Mayor rütbəli Adil müəllim 3-cü kursda bizə sxematexnikadan dərs deyirdi. Hərtərəfli savadlı, dünyagörüşlü və dəlicəsinə idmansevər biriydi. Siyasi əqidəmdən, ifrat millətçiliyimdən, Hitlerə rəğbətimdən, ləzgi kursantlarla münaqişələrimdən xəbərdar idi. Müəllimim bir gün məni təkliyə çəkərək bunları dedi: "Ay Abdulla (mənə həmişə adımla müraciət edər və əl verib görüşərdi), Vətəni sevmək, türklüyünlə qürur duymaq, güclü Azərbaycan arzulamaq yaxşı haldı. Amma ölkəmizdə neçə əsrlərdi yaşayan etnik qrupları aşağılamaq, onların ünvanına şovinist, faşist şüarları səsləndirməklə vətənpərliyin, millətsevərliyin yolverilməzdi. Əziz dostum, burda elə ləzgilər var ki, nəinki “Sadval”, heç separatçılıq nədi, onu bilmirlər. Heç ləzgi dilini əməllicə bilənlər belə yoxdu. Özlərini azərbaycanlı hesab edən, Azərbaycanı sevən ləzgilər də var. Sən də hər coşanda “Sadval”dan, ərazi iddialarından danışmaqla elə özün separatçılığa şərait yaradırsan. Belə ki, bunların nə olduğunu bilməyən ləzgilərin əlinə bayraq verməklə onlarda "Sadval"a, millətçiliyə maraq yaratmış olursan".

Müəllimimin nə dediyini və nə qədər haqlı olduğunu illər keçəndən sonra anladım. Həqiqətən də xalqımız, dövlətçiliyimiz üçün bir çox hallarda təhlülə törədən xarici düşməndən çox içimizdəki manqurtlar, cahillərdi.

Ötən şənbə "Neftçi" - "Zenit" oyunu keçirildi. Bu, həmçinin yığmamızın və "ağ-qaralar"ın sabiq üzvü Ruslan Abışovun vida oyunu idi. Yoldaşlıq matçı olmasına rəğmən, keçmişdə sovet respublikası, hazırda isə müttəfiq olan Azərbaycan və Rusiya təmsilçilərinin ifasında gərgin qarşıdurma yarandı, sonda "Neftçi" qalib gəldi. Tamaşaçılar zövq verən oyun izlədi. Amma həmişə olduğu kimi, yenə xalqımızın içindəki bəzi naqislər ara qarışdırmaqdan əl çəkmədi. Belə ki, ölkəmizə təşrif buyuran rusiyalı azarkeşlər özləriylə Çar İmperiyasının 1858-96-cı illərində mövcud, həmçinin Sankt-Peterburq klubunun da rəmzlərindən biri hesab olunan qara-sarı-ağ bayrağını da dalğalandırdılar. Bəzi gerizəkalı "azarkeşlər”, bisavad, peşə etikasından yoxsul olan "jurnalistlər” rusiyalı azarkeşlərin tarixi bayrağı dalğalandırmasını imperiyaçılıq kimi təbliğ etdi. Öncəliklə onu vurğulayım ki, qara-sarı-ağ rəngli bayraq XVIII əsrdən Rusiyada dalğalanır, 1858-96-cı illərdə isə imperiyanın yeganə rəmzi olub. Çar III Aleksandrın dövründən isə bu bayraqla yanaşı, ağ-göy-qırmızı rəngləri əks etdirilən bayraq da dalğandırılır. Yəni imperiyanın 2 bayrağı olur. Əvvəlki dövlət atributu xüsusi günlərdə, sonrakı müntəzəm havalandırılır. Bu gün hansısa ara qarışdıranlar Rusiyanın imperiyaçılığı nümayişi etdirdiyini deyirsə, onda paytaxtımızdakı Rusiya səfirliyində, Rus Mədəniyyət Mərkəzində dalğalandırılan, həmçinin bir çox dövlət, mədəniyyət, elm, idman, incəsənət tədbirlərində nümayiş olunan bayraq da Çar Rusiyası zamanındakı bayraqdı. İndi duraq 17 milyon kvadrat kilometr əraziyə malik qonşudan bayrağını dəyişdirməsini tələb edək?! Bu nə yanaşma, necə məntiqdi? "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş" kimi Türkiyə nəhəngləri Osmanlı dövlətində yaradılıb. Sabah bu klubların azarkeşləri hansısa beynəlxalq turnirdə Osmanlı imperiyasını atributunu qaldırsa, türkiyəli azarkeşlərin imperializm sevdalıları olması anlamınamı gəlir? 1-ci liqada "İrəvan" yarışır. Bu o deməkdi ki, biz İrəvan şəhərinin işğalını planlaşdırırıq?! Ümumiyyətlə, rus xalqı, əsas da ziyalı kəsim Sankt-Peterburq şəhəriylə daha çox fəxr edirlər, nəinki Moskvayla. Hətta imperator I Pyotrun saldırdığı şəhəri müqqəs də sayırlar. Məhz Sankt-Peterburq şözünün mənası da "müqəddəs Peterburq" deməkdi. Şəhərləriylə qürur duyan ruslar, təbii ki, onun futbol komandasıyla da fəxr edir. Bu şəhərdə futbolun bir əsrdən çox tarixçəsi var. Sankt-Peterburqda 1912-ci ildə "Murzinka" yaradılıb. Məhz "Murzinka"nın bazasında 1925-ci ildə "Bolşevik" yaradıldı, 1936-cı ildə isə klubun adı "Zenit" oldu. "Zenit"in fanatları klublarının 1936-cı ildə addəyişməsi və ya 1925-ci ildə yaradılmasıyla yox, məhz 1912-23-cü illərdə mövcud olan "Murzinka"nın bazasında yaradılmasıyla qürur duyur. Bizlər isə ölkənin köklü klubu kimi "Neftçi"ni görürük. Hərçənd Azərbaycanda "Neftçi"dən əvvəl də klublar olub. Süquta uğrayan və ya uğradılan klublarımız çoxdu. Onları bərpa etmək bir kənara, heç təbliğ belə etmirik. Özümüzün nöqsanlarını görməyib, başqalarını dar ağacına yola salmaqdan ötrü ölürük. "Zenit" üzərində qələbənin zövqünü dadmaq, rusiyalı azarkeşlərə zəfər şüarlarıyla acıq vermək, hətta onlara Bakının gözəlliyini və qonaqpərvərliyini göstərmək əvəzində durub iki ölkə arasında qarşıdurma, xalqlar arasında nifaq salmaq lazım deyildi. Ay zavallılar, heç olmasa XXI əsrdə yaşadığınızı anlayın, əlinizin altındakı internetdən maariflənmək üçün istifadə edin. Anlayın ki, hamı siz və sizin kimi cahil, nadan, gerizəkalı deyil. Hər bir azarkeş qrupunun klubunun tarixiylə bağlı bayraq, plakat qaldırmaq, şüarlar səsləndirmək haqqı var. Türklər belə məqamda deyir: "bu onların doğal haqqıdı".

Həmkarım Elçin Cəlilov yığmamızın Belçikada rüsvay olmasıyla bağlı son yazısında qeyd edir: "Azәrbaycan futbolu böyük bir imitasiya plantasiyasıdı".

İndi yoldaşlıq görüşündə Çar Rusiyasının əski bayrağı iylənmiş yumurta qoxusu verənlərin diqqətini çəkibsə, bu nə Rusiyanın Azərbaycana qarşı imperiyaçılıq, nə də işğal iddialarının olması deməkdi. Hər iki ölkənin prezidenti də dəfələrlə mehriban qonşuluq və dostluq şəraitində olmaqdan məmnunluğunu ifadə edib.

Con Kennedinin ABŞ-ın prezidenti kürsüsündə 3 il olmasına rəğmən, özü və ölkəsi ağır sınaqlar qarşısında qaldı. Məhz Kennedinin dövründə üç beynəlxalq böhran baş vermişdi ki, bunun da ən qorxulusu "Karib böhranı" idi. Məhz bu qarşıdurma nəticəsində ABŞ ilə SSRİ arasında nüvə müharibəsinin başlanması bir addım qalmışdı. Bütün dünya şok içindəydi. Hətta böhrandan qanlı müharibəyə keçid edilməsində maraqlı olan qüvvələr də vardı. Onlar arasınsa Kennedinin siyasi xətdini dəstəkləməyən amerikanlı militaristlər də çox idi. Məhz böhranın ən kritik zamanında Pentaqondakı yüksək rütbəli şəxslər dövlət başçısından xəbərsiz ABŞ təyarəçilərininn Kuba səmasında kəşfiyyat uçuşları həyata keçirməsini qərara alırlar. Bu uçuşların birində ABŞ hərbi pilotu Rudolf Anderson "Azadlıq adası"ndakı sovet hərbi hava hücumlarının müdafiə sistmelərinin dəqiq atəş zərbəsiylə vurulur. Təyyarəçi həlak olur. Məsələn agah olan Kennedi deyir: "Hər zaman bir qancıqoğlu tapılacaq ki, dövlətlər arasında qarşıdurma yaratsın!"

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

26-11-2022, 21:0

Sərdar Azmun azərbaycanlıdı? - ARAŞDIRMA

Manşet

15-04-2023, 13:0

Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlandı

DÇ / Manşet

19-11-2022, 21:0

Şahin Diniyevin İranla bağlı proqnozu - AÇIQLAMA

Aktual / Günün xəbəri

3-07-2022, 14:0

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 419
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə