Şahin Diniyevin İranla bağlı proqnozu - AÇIQLAMA

19.11.2022 21:20 2 107
DÇ 2026 / Manşet
Sabah futbol üzrə dünya çempionatı start götürür.

Ən maraq kəsb edən qruplardan biri B qrupudu. Adı çəkilən qrupda bir-biriylə siyasi-iqtisadi cəhətdən zidd olan ABŞ, İran, İngiltərə və Uels yığmalar yer alıb. "Football-plus.az" saytı olaraq futbolçu karyerasında İranda legioner həyatı yaşayan, sonra millidə baş məşqçi olan Şahin Diniyevdən azərbaycanlı futbolçuların da heyətində yer aldığı İran millisinin B qrupudakl şansları barədə danışdıq: 

"B qrupunda olduqca bir-birinə zidd olan ölkələrin yığmaları yer alıb. Siyasi, iqtisadi, milli zəmində qarşıdurmalar yaşanan dövlətlərdi. İngiltərə neçə əsr Uelslə etnik-milli zəmində savaşlar yaşayıb. ABŞ ilə İran arasında 1978-ci ildən bəri soyuq münasibətlər mövcuddu. Hətta son günlərdə cənub qonşumuzda etirazların baş qaldırması onun dünyada daha da diqqət mərkəzində olmasına gətirb çıxardı. Futbol siyasətdən, müharibələrdən uzaq olsa da, düşünürəm ki, B qrupunda 4 komanda arasında amansız mübarizə gedəcək. ABŞ və İngiltərənin qrupdan çıxacağını düşünürəm. Amma sürpriz də ola bilər". 


ABDULLA İSMAYILOĞLU