• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz” yay çempionu, “Neftçi” autsayderdi - ARAŞDIRMA

Premyer-liqa / Manşet

2-08-2023, 18:0

Yay fasiləsi başa çatmaq üzrədi. Yeni futbol mövsümünün başlamasına 2 gün qalıb.

Avqustun 4-də keçiriləcək “Araz-Naxçıvan” – “Turan Tovuz” matçı ilə ölkə çempionatında növbəti mövsümə start veriləcək. Beləliklə, azarkeşlərin premyer-liqa həsrəti bitəcək. Klubların tansfer çalışmaları da, demək olar ki, sona çatıb. Lakin “pəncərə”nin sentyabrın 5-i, saat 23.59-a qədər açıq qalacağını nəzərə alsaq, hələ də yeni futbolçuların keçidini görmək ehtimalı yüksəkdi.

Təxminən 2 aylıq fasilə dönəmi klublar üçün çox vacib idi. Mütəxəssislər həmin dövrdə ötən mövsüm qeydə alınan çatışmazlıqları aradan qaldırmağa və hədəflərə uyğun hazırlıq prosesi keçməyə çalışdılar. Kimin buna nə qədər nail olduğunu premyer-liqa qarşılaşmalarında müşahidə edəcəyik. Yeni transferlərdən və komandanı tərk edənlərdən sonra heyətin gücünü müəyyənləşdirməyin və futbolçuları düzgün təhlil edə bilməyin ən rahat yolu yoxlama görüşləri keçirməkdi. Yerli klublar da bu yöndə imkandan maksimum istifadə etməyə çalışdı. Gəlin, komandaların yay fasiləsində keçirdiyi yoldaşlıq oyunlarını xatırlayaq, onların nəticələrini və kimin necə təsir bağışladığını yada salaq.

10 premyer-liqa komandasından 8-i təlim-məşq toplanışını ölkə xaricində keçirdi. “Araz-Naxçıvan” vaxtın məhdud olmasına, “Kəpəz” isə büdcə çatışmazlığına görə əcnəbi rəqiblərlə qarşılaşmaqdan məhrum oldu. Belə ki, Naxçıvan təmsilçisi Bakı və Qəbələdə, Gəncə təmsilçisiə, sadəcə, paytaxtda toplaşdı. Qalan klublar - “Qarabağ” və “Sabah” Avstiyaya, “Neftçi” Rusiyaya, “Qəbələ”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt” və “Səbail” isə Türkiyəyə yollandı. Xüsusi qeyd etmək yerinə düşər ki, “Neftçi” Sankt-Peterburqda təşkil edilən “PARI Premyer” kubokunda iştirak edən 4 komandadan biri oldu. Elita klubları ümumilikdə 35 yoxlama görüşündə gücünü sınadı. Bundan başqa, “Kəpəz” əvəzediciləri ilə qarşılaşdı – 5:0. Qeyd edək ki, “Səbail” də ikinci komandası ilə görüşməyi planlaşdırır. Lakin hələ gün və saat müəyyənləşməyib. “Araz-Naxçıvan”ın isə rəqib tapılmadığından Qəbələdə yoxlama oyunu keçirə bilmədiyini xəbər vermişdik. Muxtar Respublika təmsilçisi futbolçularının iştirakı ilə iki heyət quraraq matç keçirmişdi. İndi isə sözügedən matçların qısa icmalına nəzər salaq.

Qarabağ
Ferentsvaroş (Macarıstan) 3:3
Legiya (Polşa) 0:2
ÇSKA (Bolqarıstan) 1:0

Sabah
Qəbələ 2:2
Əl-Sədd (Qətər) 3:1
Sankt-Pauli (Almaniya) 1:4
Olimpiakos (Yunanıstan) 1:1

Neftçi
Zenit (Rusiya) 1:3
Srvena Zvezda (Serbiya) 0:4
Fənərbaxça (Türkiyə) 0:1
Spartak (Moskva, Rusiya) 0:2

Qəbələ
Sabah 2:2
Sukleya (Moldova) 4:2
Orenburq (Rusiya) 1:1
Qostivar (Şimali Makedoniya) 3:1

Zirə
Kəpəz 2:1
Fatih Karagümrük (Türkiyə) 0:0
Simba Sport (Tanzaniya) 1:1
Kocaelispor (Türkiyə) 0:0

Turan Tovuz
Araz-Naxçıvan 5:1
Adana Dəmirspor (Türkiyə) 2:1
Eyupspor (Türkiyə) 2:1
Simba Sport (Tanzaniya) 1:0

Sumqayıt
Sivasspor (Türkiyə) 0:1
Ərzurumspor (Türkiyə) 3:4

Kəpəz
Səbail 1:2
Zirə 1:2
Araz-Naxçıvan 1:1
Səbail-2 4:2

Səbail
Kəpəz 2:1
Ərzurumspor (Türkiyə) 4:3
Sivasspor (Türkiyə) 1:1
Konyaspor (Türkiyə) 2:0

Araz-Naxçıvan
Turan Tovuz 1:5
Kəpəz 1:1

Göründüyü kimi, bütün klublar yay fasiləsindən məqsədəuyğun istifadə edə bilməyib. Nəticələrin ürəkaçan olmadığını desək, yanılmarıq. Düzdü, hər kəs yaxşı bilir ki, yoxlama oyunlarında nəticə önəmli deyil. Lakin komandanın uduzması hansısa çatışmazlıqdan xəbər verir. Statistikaya görə rəqiblərini aşkar üstələyən klublar “Turan Tovuz”, “Səbail” və “Qəbələ” olub. “Sumqayıt”la “Neftçi” isə sözün əsl mənasında fiasko yaşayıb. Düzdü, Bakı təmsilçisinin rəqibləri çox çətin idi. “Fənərbaxça”, “Srvena Zvezda” və “Zenit” kimi klubların qarşısına baş məşqçisiz çıxmaq cəsarətli addım olduğu qədər də qeyri-peşəkarlıq idi. Lakin futbolçuların həmin komandalardan nəsə “götürdüyünə” inanmaq istəyirik. Belədisə, “Neftçi”nin praktiki cəhətdən qənaətbəxş vəziyyətdə (nəticəni saymasaq – red.) olduğunu demək olar. “Sumqayıt”ın Türkiyə səfəri tələsik alındı. Bəlkə də “Araz-Naxçıvan” kimi gecikdiklərini etiraf edib vətəndə oyun keçirsəydilər, daha yaxşı olardı. “Qarabağ” premyer-liqanın dəyişməz lideri olduğundan hər kəs qələbə gözləyir. Nə olsun ki, rəsmi matç deyil?! Azarkeşlər haqlı olaraq ölkə çempionunun uduzmasını istəmir. Çünki məğlubiyyət həyəcan siqnalıdı. “Köhlən atlar” 2 dəfə rəqibinə güc gələ bilmədi. “Qəbələ”, “Zirə” və “Sabah”da isə vəziyyət yaxşıdı. “Zirə” heyət dəyişikliyini qabartmadan möhkəmlənməyi seçdi. “Qəbələ”, demək olar ki, yenidən quruldusa, Elmar Baxşıyev komandanın formalaşdırılması prosesini yubatmadı. “Sabah” beynəlxalq səviyyəli rəqibinə 3 top fərqi ilə məğlub olan iki komandadan biridi (digəri “Neftçi” – red.)

Ümumiyyətlə, yay fasiləsində hansısa sabitliyin olduğunu iddia etmək doğru olmaz. Xeyli qarışıqlıq var. Durumu daha aydın təhlil edə bilmək üçün nəticələri turnir cədvəlinə köçürdük.

Turan Tovuz 4 4 0 0 10-3 12
Səbail 4 3 1 0 9-5 10
Qəbələ 4 2 2 0 10-6 8
Zirə 4 1 3 0 3-2 6
Sabah 4 1 2 1 7-8 5
Kəpəz 4 1 1 2 7-7 4
Qarabağ 3 1 1 1 4-5 4
Araz-Naxçıvan 2 0 1 1 2-6 1
Sumqayıt 2 0 0 2 3-5 0
Neftçi 4 0 0 4 1-10 0

Gözlənildiyi kimi, “Neftçi” sonuncudu. “Turan Tovuz” isə liderliyə yiyələnib. Nəticələrə rəqiblərin potensialı da xeyli təsir edir. Beləliklə, klublar yay fasiləsi dövründə 12 ölkənin təmsilçiləri ilə qarşılaşıb. Yuxarıda onların əsasən Türkiyəyə yollandığını yazmışıq. Elə bu üzdən ən çox qarşılaşma da qardaş ölkənin komandaları ilə baş tutub. Beləliklə, premyer-liqa iştirakçıları Türkiyə klubları ilə qarşılaşmalarda yaxşı təsir bağışlayıb. Rusiya təmsilçiləri isə bizimkilərə güc gəlməkdədi. Maraqlıdı ki, “Səbail” də, “Turan Tovuz” da Türkiyə klublarına məğlub olmadı. “Sumqayıt” isə hər iki matçı məyus bitirdi. Beləliklə, hansı ölkələrin təmsilçiləri ilə neçə dəfə qarşılaşdığımızı, hansı nəticələrə imza atdığımızı və xəyali xalı əks etdirən cədvələ nəzər yetirək.

Türkiyə 10 4 3 3 14-11 15
Tanzaniya 2 1 1 0 2-1 4
Ş.Makedoniya 1 1 0 0 3-1 3
Qətər 1 1 0 0 3-1 3
Moldova 1 1 0 0 4-2 3
Bolqarıstan 1 1 0 0 1-0 3
Macarıstan 1 0 1 0 3-3 1
Yunanıstan 1 0 1 0 1-1 1
Rusiya 3 0 1 2 2-6 1
Almaniya 1 0 0 1 1-4 0
Serbiya 1 0 0 1 0-4 0
Polşa 1 0 0 1 0-2 0

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

12-07-2023, 22:0

"Turan Tovuz" "Araz Naxçıvan"ı məğlub etdi

Ölkə futbolu

9-07-2023, 19:0

"Turan Tovuz" "Araz Naxçıvan"la qarşılaşacaq

Aktual / Premyer-liqa

28-06-2023, 12:0

"Araz Naxçıvan" ilk transferini gerçəkləşdirdi

Premyer-liqa / Manşet

18-07-2023, 18:0

Premyer-liqanın ilk 5 turunun cütləri bəlli oldu

Premyer-liqa / Manşet

7-08-2022, 00:0

"Turan Tovuz" premyer-liqada ilk matçına çıxır - YENİLƏNİR

Ölkə futbolu / Günün xəbəri

10-05-2022, 20:0

“Turan Tovuz”un baş məşqçi postuna 4 namizəd var - ÖZƏL

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 191
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə