• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Məşqçilər texniki səhvə yol verdi, UEFA AFFA-ya xəbərdarlıq məktubu göndərib - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet

21-06-2023, 14:0

Ölkəmizin U-17 yığması iyunun 1-dən 7-dək Albaniyada İnkişaf turnirində iştirak edib. Xatırladaq ki, Füzuli Məmmədovun yetirmələri 3 matçda gücünü sınayıb.

"Football-plus.az" xəbər verir ki, Farer adalarına 4:2 hesabıyla qalib gələn komanda meydan sahiblərinə 0:1, Moldovaya 2:3 məğlub olub. Lakin xəbərlər bununla yekunlaşmır. Deyilənə görə, millinin məşqçiləri oyunlar zamanı texniki səhvə yol veriblər. Qaydalara əsasən iştirakçı komandaların heyətində olan bütün futbolçular ən azı 90 dəqiqə oynamalıdı. Millimiz isə yarışın əsasnaməsinə tam əməl etməyib. İddia olunur ki, UEFA tələbin pozulması səbəbindən yığmanın növbəti İnkişaf turnirlərində iştirakına qadağa qoyub.

Mövzu ilə bağlı detallı informasiya almaq və millimizə həqiqətən qadağanın qoyulub-qoyulmadığını dəqiqləşdirmək məqsədilə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi UEFA-dan xəbərdarlıq məktubu göndərildiyini bildirdi:

“Bir neçə ildi ki, UEFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət milli komandalar üçün İnkişaf turniri keçirilir. Həmin yarışların əsasnaməsinə görə komandaların sifariş ərizəsinə daxil olan bütün futbolçular turnir ərzində minimum 90 dəqiqə meydanda olmalıdı. Bəli, yığmamızın iştirak etdiyi son İnkişaf turnirində məşqçilər tərəfindən texniki səhvə yol verilib və heyətdəki futbolçuların hamısı 90 dəqiqə oynamayıb. Bu üzdən UEFA-dan elektron poçt vasitəsilə AFFA-ya tövsiyə xarakterli xəbərdarlıq məktubu göndərilib. Məktubda növbəti turnirlərdə əsasnamənin müvafiq bəndinə əməl olunmasının, heyətdəki bütün futbolçulara ən azı 90 dəqiqə oynamaq şansının verilməsinin vacibliyi vurğulanıb. Lakin komandamıza qadağa qoyulması haqda xəbərlər həqiqəti əks etdirmir. Ümumiyyətlə, heç bir yığmamız üçün qadağa yoxdu”.


Məsələnin ciddiliyini nəzərə alıb U-17-nin baş məşqçisi Füzuli Məmmədovla da əlaqə saxladıq. O, UEFA əsasnaməsində “hər futbolçu 90 dəqiqə oynamalıdı” qaydasının olmadığını və bunun, sadəcə, tövsiyə xarakterli olduğunu dedi:

“Mən sözügedən əsasnamə ilə tanış olmuşam. Elə bir məcburiyyət yoxdu. Amma tövsiyə olunur ki, bütün futbolçular turnir ərzində 90 dəqiqə meydanda olsun. Bilindiyi kimi, UEFA 18 futbolçunun yarışda iştirakı üçün vəsait ayırır. Biz isə 22 oyunçudan ibarət heyətlə getmişdik. Biri məşqlər zamanı zədələndiyindən 21 nəfərlə yolumuza davam etdik. Qeyd edim ki, 4 nəfərin maddi dəstəyi AFFA tərəfindən təmin olunmuşdu. Ümumilikdə çalışdım ki, bütün futbolçulara şans verim. Hətta bir matçda uduzmaq bahasına əvəzetmələr etdim ki, hər kəs bu təcrübədən faydalansın. 21 futbolçunun hər birinin 90 dəqiqə meydanda olması çətindi. Bu üzdən həmin tövsiyəyə riayət edə bilmədik. Yeri gəlmişkən, bir məsələni fürsətdən istifadə edərək ictimaiyyətin nəzərinə çatdırım. Mətbuatda İnkişaf turnirində guya rəqibin baş məşqçisini təhqir etdiyim və dalaşdığım haqda xəbərlər oxudum. Cəfəngiyyatdı. Əksinə, rəqibi qələbə qazandığına görə təbrik etdim, qarşı tərəf də məni mübariz oyun sərgilədiyimizə görə. Yaxşı olar ki, jurnalistlər belə mövzuları işıqlandırmamış aidiyyatı şəxslərlə əlaqə saxlayıb doğru olub-olmadığını aydınlaşdırsın. Böhtanla qarşılaşmaq mənə pis təsir edir”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Çempionlar Liqası

23-05-2023, 11:0

UEFA ÇL-in finalı üçün AFFA-ya iki dəvətnamə göndərib

Maraqlı

21-04-2022, 10:0

UEFA-nın məşqçi təlimatçıları üçün seminarı keçiriləcək

Yığma

14-04-2023, 22:0

Millimiz UEFA İnkişaf turnirində iştirak edəcək

Ölkə futbolu

25-05-2022, 09:0

AFFA rəsmisi Norveçdə

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 22:10
    Caz nazirliyi
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 184
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə