Millimiz UEFA İnkişaf turnirində iştirak edəcək

14.04.2023 22:16 243
Yığma
Aprelin 17-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi aprelin 22-dən 28-dək Rumıniyanın paytaxtı Buxaretsdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Yığmamız yarışda Ukrayna, Rumıniya və Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşacaqlar.

Azərbaycanın turnirdəki oyunlarının təqvimi

23 aprel


12:00. Azərbaycan U-17 - Ukrayna U-17

25 aprel

17:00. Rumıniya U-17 - Azərbaycan U-17

28 aprel

11:00. Yunanıstan (U-17) - Azərbaycan (U-17)