• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Məğlubedilməzlərin növbəti finalında: “Sevilya”nın, yoxsa Mourinyonun seriyası qırılacaq?

Manşet / Avropa Liqası

31-05-2023, 11:0

Bu gün avrokubokların 2022/23 mövsümünün ilk qalibi müəyyənləşəcək.

"Football-plus.az" xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə Avropa Liqasının (AL) finalı keçiriləcək. Həlledici oyunda “Sevilya” ilə “Roma” (İtaliya) qarşılaşacaq. Komandaların indiyədək keçdiyi yola, qitə kuboklarındakı macərasına, şəxsi oyununa, bir sıra maraqlı faktlara və iştirakçıların final ərəfəsində səsləndirdikləri fikirlərə göz gəzdirəcəyik.

AL-in kralı “Sevilya”
“Sevilya”nı AL-in (UEFA kubokunun) kralı adlandırsaq, heç də səhv etmərik. Zarafat deyil, İspaniya təmsilçisi bu turnirdə hamıdan çox – 6 dəfə çempion olub! Diqqəti cəlb edən digər fakt “Sevilya”nın UEFA-nın “2-ci dərəcəli” klub turnirində finala çıxdığı hər bir halda qalib gəlməsi ilə bağlıdı! Xatırladaq ki, İspaniyanın Andalusiya əyalətinin təmsilçisi turnir UEFA kuboku adlanarkən iki dəfə - 2005/06 və 2006/07, AL adlandırılandan sonra isə 4 dəfə - 2013/14, 2014/15, 2015/16 və 2019/20 mövsümlərində uğur qazanıb.

Komandanın cari mövsümdəki çıxışı eniş-yoxuşlu olmasıyla yadda qalıb. “Sevilya” mövsümə Çempionlar Liqasında (ÇL) başlayıb. Etiraf edək ki, pireneylilərin püşkdə bəxti gətirməmişdi. Xulen Lopeteginin çalışdırdığı komanda G qrupunda “Mançester Siti”, “Borussiya” (Dortmund) və “Kopenhagen” ilə rəqabətdə 6 oyuna yalnız 5 xal toplamaqla 3-cü yeri tutub. Bu yer isə sevilyalılara mübarizəni sevimli turnirində davam etdirmək hüququ verib. Qrup mərhələsinin 3-cü turunun ev oyununda “Borussiya”ya məğlubiyyət (1:4) Lopeteginin istefaya göndərilməsi ilə müşayiət olunmuşdu. Onun yerinə təyinat alan Xorxe Sampaolinin gəlişindən sonra ÇL-də keçirilən son 3 oyunda qazanılan 4 xal (“Borussiya” ilə səfərdə 1:1, “Kopenhagen”lə evdə 3:0) komandanın AL-ə vəsiqə qazanması baxımından əhəmiyyətli olmuşdu.

“Sevilya” bu turnirdə özünü daha rahat və güclü hiss etdiyini bir daha göstərdi. Sampaolinin komandası pley-offda PSV-ni (3:0, 0:2), 1/8 finalda “Fənərbaxça”nı (2:0, 0:1), 1/4 finalda “Mançester Yunayted”i (2:2, 3:0), yarımfinalda isə “Yuventus”u (1:1, 2:1) mübarizədən kənarlaşdırdı. Qeyd edək ki, İspaniya çempionatında uğursuzluqların qarşısını ala bilmədiyi üçün Sampaoli fevralda istefaya göndərildi. Argentinalı mütəxəssisin yerini tutan Xose Luis Mendilibar komandanın MY və “Yuventus” üzərindəki qələbələrinin memarı oldu. Başqa sözlə, mövsüm ərzində baş məşqçisi iki dəfə dəyişən komanda tarixində 7-ci dəfə bir turnirin qalibi ola bilər.

62 yaşlı Mendilibarın təyinatı daxili arenada da uğurlu effekt verib. Fevralda La Liqanın aşağı sıralarından qurtula bilməyən “Sevilya” son 3 aydakı qənaətbəxş nəticələri ilə artıq 2-ci diviziona yuvarlanmaq təhlükəsini aradan qaldırıb. Komanda hazırda yüksək liqada mövsümün sonuna 2 tur qalmış 36 oyuna 49 xalla 10-cu yeri tutur.

KL-in qalibi “Roma”
“Roma”nın avrokubok macərası titul baxımından heç də zəngin deyil. İtaliya klubu indiyədək yalnız UEFA-nın rəsmi turnirləri siyahısına daxil etmədiyi Yarmarkalar Kubokunun (1960/61) və Konfrans Liqasının (2021/22) qalibi olub. Başqa sözlə, paytaxt təmsilçisi ötən mövsüm qitə arenasında ilk rəsmi titulunu qazanıb. Maraq üçün “canavarlar”ın Çempionlar Kubokunda 1983/84 mövsümünün, UEFA kubokunda isə 1990/91 mövsümünün finalında uduzduqlarını da xatırladaq. Deməli, “Roma” 32 ildən sonra “2-ci dərəcəli klub turniri”ndə uğur üçün növbəti cəhdə əl atacaq.

Komandanın cari avrokubok mövsümündəki çıxışı yerli azarkeşlərə yetərincə sevinc bəxş edib. “Roma” KL-in son qalibi kimi bu mövsümə AL-də başlayıb. Qrup mərhələsində yalnız “Betis”dən geri qalan “sarı-qırmızılar” “Ludoqorets”lə HİK-i qabaqlayıblar. C qrupunda 2-ci yeri tutan komanda pley-offa vəsiqə qazanıb. Bu mərhələdə “Zaltsburq”u (0:1, 2:0) üstələyən komanda 1/8 finalda “Real Sosyedad”ı (2:0, 0:0), 1/4 finalda “Feyenoord”u (0:1, 4:1), yarımfinalda isə “Bayer-04”u (1:0, 0:0) mübarizədən kənarlaşdırıb.

“Roma” İtaliya çempionatında mövsümü ümumilikdə sabit keçirib. Amma komanda son vaxtlar həddən artıq xal itirib. A seriyasının son 6 oyununda qələbə qazana bilməyib. Qeyd edək ki, ölkə çempionatında belə qələbəsiz seriya Joze Mourinyonun karyerasında ən pis göstəricidi. Ədalət naminə portuqaliyalı mütəxəssisin mövsümün ikinci yarısında bir sıra aparıcı oyunçulardan zədə amili üzündən müntəzəm yararlana bilmədiyini qeyd etməliyik. Buna baxmayaraq, əsas gücünü AL-dəki matçlara sərf edən romalılar artıq ilkin vəzifəni yerinə yetirib: finala vəsiqə təmin olunub!
Mourinyonun məşqçi karyerasına qibtə etmək olar. “Roma”nı 2021-ci ildən çalışdıran 60 yaşlı mütəxəssis indiyədək 5 dəfə avrokubokların qalibi olub. Onun qitə arenasında finalda heç vaxt məğlubiyyətin məyusluğunu yaşamaması xüsusi vurğulanmalıdı. Ötən mövsüm hazırkı komandası ilə KL-in qalibi olan Mourinyo “Portu”nu UEFA kubokunda (2002/03) və ÇL-də (2003/04), “İnter”i ÇL-də (2009/10), “Mançester Yunayted”i isə AL-də (2016/17) qələbəyə daşıyıb. Maraqlıdı, Macarıstanın paytaxtında“Sevilya”nın, yoxsa Mourinyonun seriyası qırılacaq?

Əsas stimul
Bilindiyi kimi, AL-in qalibi gələn mövsüm ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanır. Bu, hər iki finalçı üçün əsas stimuldu. Çünki artıq “Sevilya”nın La Liqada ən pis halda 4-cü yeri tutmayacağı dəqiqləşib. “Roma” 36 turdan sonra A seriyasında finişə iki tur qalmış 4-cü yerdə olan “Milan”dan 4 xal geridədi. Bu halda ÇL-ə birbaşa ölkə çempionatından vəsiqə qazanmaq şansı qalır, amma bu ehtimalın doğrulacağı praktiki cəhətdən real görünmür. Deməli, “Sevilya” kimi “Roma” da Budapeştdəki matçdan qalib çıxmaq üçün var gücünü sərf edəcək.

Şəxsi oyun
Finalçılar indiyədək qitə kuboklarında yalnız bir dəfə qarşılaşıb. AL-in 2019/20 mövsümünün 1/8 finalında “Sevilya” “Roma”nı 2:0 hesabıyla məğlub edib. Qeyd edək ki, koronavirus pandemiyasına görə komandalar neytral meydanda yalnız bir oyunda gücünü sınayıblar. Almaniyanın Duysburq şəhərində keçirilən matçın nəticəsini Serxio Regilonun 22-ci və Yussef Ən-Nəsirinin 44-cü dəqiqədə vurduğu qollar müəyyənləşdirib. Onda Paulu Fonsekanın çalışdırdığı “Roma” qapıya yalnız bir dəqiq zərbə endirmiş və müdafiəçi Canluka Mançininin qırmızı vərəqə almasına görə oyunu on nəfərlə başa vurmuşdu.
“Sevilya” həmin qələbədən 15 gün sonra Kölndə keçirilən finalda İtaliyanın daha bir klubunu məğlub etmişdi. Lük de Yonqun dublu və Romelu Lukakunun avtoqolu pireneylilərin “İnter” üzərində 3:2 hesablı qələbəsini təmin etmişdi. Bu, sevilyalıların AL-dəki sonuncu – 6-cı uğuru kimi tarixə düşmüşdü.

Stadion
Turnirin qalibi mayın son günündə Budapeştdəki “Puşkaş Arena”da müəyyənləşəcək. 65 min yerlik stadion 2019-cu ilin noyabrında Macarıstan yığması üçün nəzərdə tutulan əvvəlki idman qurğusunun yerində inşa edilib. Artıq aydın olduğu kimi, paytaxtın Zuqlo rayonunda yerləşən stadion “Qonved”in və “Real”ın əfsanəvi hücumçusu Ferents Puşkaşın adını daşıyır. Maraqlıdı ki, bu arena artıq bir dəfə “Sevilya” üçün uğursuz məkan rolunu oynayıb. Komanda 2020-ci ildə UEFA Superkuboku uğrunda matçda “Bavariya”ya məğlub olub (1:2). “Puşkaş Arena” AÇ-2020-nin pandemiyaya görə birillik təxirəsalma ilə baş tutan final mərhələsinin 4 oyununa da səhnə olub.

Hakim
Bakı vaxtı ilə 23.00-da başlayacaq finalı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Matçın start və final fitini Entoni Teylor çalacaq. Maraqlıdı ki, “Sevilya”nın UEFA Superkuboku matçında “Bavariya”ya məğlubiyyətini məhz o qeydə alıb. İspaniyalılar indi, yəqin ki, həm də bu amilə görə ciddi narahatlıq keçirirlər...

Teylor beynəlxalq dərəcəni 2013-cü ildə alıb. 44 yaşlı referi bu mövsüm ÇL-də 6, AL-də isə 1 oyun idarə edib. Maraqlıdı ki, AL-dəki yeganə sınağında “Roma” 1/4 finalın cavab oyununda “Feyenoord”u əlavə vaxtda 4:1 hesabıyla məğlub edərək yarımfinala adlayıb. Britaniyalının karyerasına düşən ən vacib oyunların siyahısında Millətlər Liqasının finalı da var. Onun 2021-ci il oktyabrın 10-da idarə etdiyi matçda Fransa yığması İspaniyaya 2:1 hesabıyla qalib gəlib.

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

1-06-2023, 02:0

"Sevilya" Avropa Liqasının qalibi oldu - YENİLƏNİB

Avropa Liqası

16-03-2023, 21:0

Avropa Liqası: “Fənərbaxça” cavab oyununda “Sevilya”dan revanş almağa çalışır - YENİLƏNİR

Manşet / Avropa Liqası

19-05-2023, 01:0

Avropa Liqası: Finalçılar bəlli oldu - YENİLƏNİB

Dünya futbolu

25-02-2023, 14:0

''Sevilya'' bu dəfə ''Fənər''i keçəcəyinə inanır

Manşet / Avropa Liqası

21-04-2023, 01:0

Avropa Liqası: Yarımfinalçılar bəlli oldu - YENİLƏNİB

Dünya futbolu

22-05-2023, 19:0

“Sevilya”dan AL-də yeni rekord!

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 173
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə