• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sevilya”dan AL-də yeni rekord!

Dünya futbolu

22-05-2023, 19:0

Mayın 18-də Avropa Liqasının (AL) finalçıları müəyyənləşdi. Yarımfinalın cavab görüşlərindən sonra “Sevilya” və “Roma” həlledici oyuna vəsiqə qazandı. Ayın 31-nə təyin olunan final matçı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

yarımfinal, cavab oyunları
Sevilya - Yuventus 2:1, əlavə vaxtda (ilk oyun – 1:1)
Suso, 72. Lamela, 95 - Vlahoviç, 65.
Sevilya (İspaniya): Bunu, Akunya, Bade, Qudel, Navas (A.Qomes, 106), Fernando, Okampos (Lamela, 70), Rakitiç, Torres (Suso, 62/Rekik, 117), Xil (Montyel, 100), Ən-Nəsiri.
Yuventus (İtaliya): Şçensnı, Kuadrado (Milik, 106), Danilo, Bremer, Qatti, Lokatelli (Kostiç, 88), Facoli (Paredes, 41), Rabyo, Aylinq (Miretti, 88), Di Mariya (Kyeza, 63), Ken (Vlahoviç, 63).

Öz meydanında məğlubiyyətdən son saniyələrdə qurtula bilən “Yuventus”un finala çıxmasının asan olmayacağı aydın məsələ idi. Əvvəlki mərhələdə “Mançester Yunayted”i (2:2, 3:0) mübarizədən kənarlaşdıran “Sevilya” AL-in son 10 mövsümündə 5-ci dəfə yarımfinala çıxmış və bu müddətdə turnirdə 4 dəfə çempion olmuşdu. İspaniya klubu İtaliya nəhəngini də yolundan kənarlaşdırdı. Özü də buna finala layiq olan oyunla etdi.

Doğrudu, Xose Luis Mendilibarın komandası azarkeşlərini uzun müddət nigarançılıqda saxladı. Şçensnı topla daha çox oynayan sevilyalılar qarşısında son sipər rolunu oynayırdı. Qonaqlar isə əks-hücumlara bel bağlayırdı. Hesabı fasilədən sonra məhz turinlilər açdılar: az əvvəl meydana çıxan Vlahoviç Rabyonun ötürməsini Badenin səhvindən də yararlanaraq qola çevirdi. Lakin “Yuventus”un üstünlüyü yalnız 7 dəqiqə çəkdi. Maraqlıdı ki, cavab qolunu da mübarizəyə ikinci hissədə qoşulan oyunçular təşkil etdilər: Lamelanın ötürməsini Suso dəyərləndirdi. Qalan vaxtda qonaqların növbəti qolları buraxmamasının yeganə səbəbkarı Şçensnı oldu. Polşalı qapıçı mübarizənin 30 dəqiqəlik əlavə vaxta qədər uzanmasını təmin etdi. Lakin o, Lamelanın 95-ci dəqiqəyə təsadüf edən və qapının küncünə yönələn zərbəsinə reaksiya verə bilmədi. 10 dəqiqə sonra müdafiəçi Akunyanın növbəti xəbərdarlığa görə meydandan qovulması ev sahiblərini çətinə salsa da, “Sevilya” inamla müdafiə olunaraq qələbəni qorudu.

Bayer-04 - Roma 0:0 (0:1)
Bayer-04 (Almaniya): Qradetski, Frimponq, Tapsoba, Ta (Amiri, 86), İnkapye, Bakker (Adli, 73), Dəmirbay, Palasios (Qlojek, 80), Virts, Diabi, Azmun.
Roma (İtaliya): Patrisio, Çelik (Smollinq, 78), Mançini, Kristante, İbanyes, Spinatsola (Zalevski, 39), Matiç, Bove, Pelleqrini, Belotti (Viynaldum, 46), Abraham.

Şagird müəlliminə qarşı ciddi mübarizə apardı, amma sonda uğursuzluğa düçar oldu. 41 yaşlı Xabi Alonsonun çalışdırdığı “Bayer-04” onun 2010-13-cü illərdə “Real”da başçılığı altında oynadığı Joze Mourinyonun komandasından oyun planında heç nədə geri qalmadı. Buna baxmayaraq, finala “Roma” çıxdı.

İtaliyadakı ilk matçda Bovenin yeganə qolu ilə qalib gələn romalıların Leverkuzendə əsas diqqəti minimal üstünlüyü qorumağa ayıracaqları gözlənilən idi. Meydan sahibləri isə hər halda azı bir qol vurmağa çalışacaqdılar. Alonsonun komandası bunun üçün əlindən gələni etdi. “Roma” oyun ərzində qapıya yalnız bir zərbə endirdi ki, o da qeyri-dəqiq alındı. Almanlar isə 23 dəfə hesabı açmağa cəhd etdilər. Bu zərbələrdən 6-sı “çərçivə”yə yönəlsə də, matçı möhtəşəm keçirən Patrisio bütün epizodlarda komandasını xilas etdi. Onun Azmunla Dəmirbayın zərbələrinə verdiyi reaksiyanı izləməyə dəyərdi. Müdafiəçi Mançininin inamlı oyununu da qeyd etməliyik. Spinatsolanın fasilə ərəfəsində zədələnməsi qonaqların işini daha da çətinləşdirdi. Bütün çətinliklərə baxmayaraq, meydana ciddi itkilərlə çıxan “Roma” son saniyələrə qədər qapısını toxunulmaz saxlaya bildi. Mourinyo özünəməxsus tərzdə komandasını ardıcıl ikinci finala çıxardı. Alonsonun komandası finala vəsiqə qazana bilməsə də, alqışalayiq oyun sərgilədi.

Bombardirlər: Bonifas (Yunion), Reşford (Mançester Yunayted) – 6, S.Ximenes (Feyenoord) - 5.

Faktlar
* “Sevilya” son 18 ildə 7-ci dəfə AL-in (UEFA kubokunun) finalına çıxdı. Komanda bundan əvvəl 2006, 2007, 2014, 2015, 2016 və 2020-ci illərdə həlledici oyunda iştirak etmişdi. “Sevilya” finala 7-ci dəfə vəsiqə qazanmaqla turnirin yeni rekordunu müəyyənləşdirdi. Bu planda 2-ci yerdə olan “İnter” 5 dəfə finalın iştirakçısı olub. “Sevilya”nın bütün finalları qalib başa vurduğunu da qeyd edək.
* Mourinyo avrokuboklarda “Roma”nı ardıcıl ikinci finala çıxardı. Onun komandası bir il əvvəl Konfrans Liqasının (KL) qalibi olmuşdu.
* Paytaxt komandası portuqaliyalı mütəxəssisin baş məşqçi vəzifəsinə təyinatından əvvəlki 94 il ərzində qitə kuboklarında iki dəfə finalın iştirakçısı olub. “Roma” 1984-cü ildə Çempionlar Kubokunun (hazırkı ÇL), 1991-ci ildə isə UEFA Kubokunun (hazırkı AL) son mərhələsində oynayıb. Qeyd edək ki, bu statistikaya UEFA-nın rəsmi turnir kimi tanımadığı Yarmarkalar Kuboku daxil deyil.
* Mourinyonun çalışdırdığı komanda avrokuboklarda 6-cı dəfə finala çıxdı. Maraqlıdı ki, o, indiyədək 5 finalın hamısından qalib ayrılıb. Mourinyo “Portu”nu UEFA kubokunda (2003) və ÇL-də (2004), “İnter”i ÇL-də (2010), “Mançester Yunayted”i AL-də (2017), “Roma”nı isə KL-də (2022) qələbəyə daşıyıb.

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

15-05-2023, 15:0

Şagird ilk dueldə müəllimə uduzdu, Patrisio AL-in yeni rekordunu müəyyənləşdirdi - ŞƏRH

Manşet / Avropa Liqası

19-05-2023, 01:0

Avropa Liqası: Finalçılar bəlli oldu - YENİLƏNİB

Manşet / Avropa Liqası

21-04-2023, 01:0

Avropa Liqası: Yarımfinalçılar bəlli oldu - YENİLƏNİB

Avropa Liqası

20-05-2023, 20:0

Avropa Liqasında hamını qabaqladı

Avropa Liqası

16-03-2023, 21:0

Avropa Liqası: “Fənərbaxça” cavab oyununda “Sevilya”dan revanş almağa çalışır - YENİLƏNİR

Dünya futbolu / Manşet

14-04-2023, 01:0

"Feyenoord" "Roma"nı, "Yuventus" "Sportinq"i məğlub etdi - YENİLƏNİB

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə