Premyer-liqanın 36-cı turunun “Lids” - “Nyukasl” matçında insident baş verib. Buna yerli azarkeşlərdən biri səbəbkar olub.
“Football-plus.az” xəbər verir ki, matç zamanı azarkeş “Nyukasl”ın texniki zonasına daxil ola bilib və komandanın baş məşqçisi Eddi Haunu itələyib. “Lids” rəhbərliyi həmin fanatı ömürlük komandanın oyunlarından kənarlaşdırıb. Bu məlumatı klubun rəsmi saytı yayıb. Mayın 13-də keçirilən matç 2:2 hesabı ilə başa çatıb.