“Arsenal”ın fanatı həbs edildi

5.05.2023 23:30 211
Dünya futbolu
İngiltərə premyer-liqasının 24-cü turunun “Arsenal” – “Çelsi” oyununda (3:1) insident baş verib.

"Football-plus.az" xəbər verir ki, artıq buna səbəbkar olan şəxs məsuliyyətə cəlb olunub.

Qonaq komandanın oyunçusu Mixail Mudrikin üzünə lazer işığı tutan azarkeş həbs edilib. “The Times” qəzetinin məlumatına görə, ukraynalı futbolçu 2-ci hissədə meydana çıxandan sonra yerli fanatlardan biri onun üzünə yaşıl işıq tutub, daha sonra Mixaili fitə basıblar.